Əsas Səhifə > Partiya > PARLAMENTİN QARŞISINDA TOQQUŞMA

PARLAMENTİN QARŞISINDA TOQQUŞMA


12-06-2012, 12:22
PARLAMENTİN QARŞISINDA TOQQUŞMA

POLİS DAHA BİR AKSİYANI ZOR GÜCÜNƏ DAĞITDI

“REAL” Hərəkatının bir qrup üzvü Milli Məclisin binası qarşısında “İnformasiya əldə etmək haqqında” qanuna parlamentdə ediləcək əlavə və dəyişikliklərə etiraz olaraq aksiya keçirməyə cəhd edib. APA-nın xəbərinə görə, aksiyanın qarşısı polis tərəfindən alınıb.

“REAL” Hərəkatının həmsədri İlqar Məmmədov, hərəkatın həmtəsisçi Natiq Cəfərli və qurumun İdarə Heyətinin üzvü Azər Qasımlı polis tərəfindən saxlanılaraq, ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, “REAL” Hərəkatı qanun təklif olunan əlavə və dəyişikliklərin Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara və ölkə Konstitusiyasına zidd olduğunu bəyan edib.

Geri qayıt