Əsas Səhifə > Partiya > “BİZİM PARTİYANI HEÇ KİM ZƏİFLƏDƏ BİLMƏZ”

“BİZİM PARTİYANI HEÇ KİM ZƏİFLƏDƏ BİLMƏZ”


11-06-2012, 14:10
“BİZİM PARTİYANI HEÇ KİM ZƏİFLƏDƏ BİLMƏZ”

MÜSAVATA ACP VIZ GƏLİR

Müsavat başqanının müavini Gülağa Aslanlı eks-spiker Rəsul Quliyevin Azərbaycan müxalifətini və eləcə də Müsavat Partiyasını zəiflətməsi haqda səslənən fikirlərlə bağlı Modern.az-a açıqlama verib. Partiya rəsmisi qeyd edib ki, R.Quliyevin rəhbərlik etdiyi, Sülhəddin Əkbərin sədri olduğu Açıq Cəmiyyət Partiyası Müsavat Partiyasını heç vaxt zəiflədə bilməz.

“Qeyd edim ki, Açıq Cəmiyyət Partiyasını güclənməsi bizim narahat etmir. Biz Azərbaycanda demokratik cəmiyyət yaranmasının tərəfindəyik. Bu istiqamətdə mübarizə aparan siyasi partiyaya biz uğurlar arzulayırıq. Müsavat Partiyasının Naxçıvan təşkilatının sədri Meydan Babayevin istefa verib Rəsul Quliyevin partiyasına getməsi bu partiyanı gücləndirəcəyinə inanmıram. Onlar bu yolla güclənmək istəyirlərsə bir az ehtiyatlı olsunlar. Müsavatdan bir neçə nəfərin getməsi bizim partiyanı heç vaxt zəiflədə bilməz”, – deyə G.Aslanlı vurğulayıb.

Müsavat funksioneri daha sonra keçmiş partiya silahdaşı Sülhəddin Əkbərin ACP-nin sədri kimi İsa Qənbərlə görüşü məsələsinə toxunub. “Bu barədə heç bir təklif almamışıq. Yəqin ki, təklif olarsa, bunu müzakirə edib qərar verərik”.


Geri qayıt