Əsas Səhifə > Güney Press, Araşdırma > BELƏ YERDƏ KİMƏ İNANAQ?

BELƏ YERDƏ KİMƏ İNANAQ?


11-06-2012, 13:25
BELƏ YERDƏ KİMƏ İNANAQ?

EHSAN ZAHİDOVA, YOXSA ƏLDƏ OLAN FAKTLARA?..

Bir neçə gün əvvəl Sabirabad rayonunda qanunsuz silah saxladığı üçün həbs olunan İlham Əmiraslanov əslində hüquq müdafiəçisi deyilmiş.

Bu iddianı səsələndirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında bildirib ki, mətbuatda adıçəkilən şəxs DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini İlham Əmiraslanovdan 1 ədəd "Makarov" markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

E. Zahidov deyib ki, 1975-ci il təvəllüdlü İ. Əmirslanovu bəzi mətbuat orqanları əhali arasında çaşqınlıq yaratmaq, qarışqadan fil düzəltmək naminə görkəmli hüquqşünas, hüquq müdafiəçisi kimi təqdim etməyə çalışırlar: “Əslində, bunlar şişirtmə və uydurmadır. İlham Əmiraslanov orta təhsilli, heç bir ali təhsili olmayan, əvvəllər iki dəfə məhkum olunmuş şəxsdir. Birinci dəfə fərarilik – orduda xidmətdən yayındığına, ikinci dəfə isə Bakıda çoxlu sayda insana qarşı dələduzluq etməklə onlara külli miqdarda maddi ziyan vurduğuna görə məhkum olub. O necə hüquq müdafiəçisi ola bilər mən başa düşə bilmirəm?! Həmin şəxs artıq üçüncü məhkumluq həyatını yaşayacaq. Mən bir hüquqşünas, polis əməkdaşı kimi bir daha deyirəm ki, orta təhsilli, əvvəllər iki dəfə məhkum olunmuş bir şəxsi ictimaiyyətə hüquq müdafiəçisi kimi sırımağa çalışanlara öz qəti etirazımı bildirirəm”.

Bildirək ki, İ.Əmiraslanov iyunun 8-də həbs edilib.

O, 2010-cu ilin may-iyun aylarında Kür çayının daşması nəticəsində evlərini itirmiş yerli sakinlərin hüquqlarının müdafiəsi ilə məşğul olub. İ.Əmiraslanov 2010-cu il iyunun 24-də fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, 2011-ci il mayın 5-də ölkə bölgəyə səfər edən ölkə prezidentinin Qasımbəyli və Əsgərbəyli kənd camaatı ilə görüşündə iştirak edib. İ.Əmiraslanov 2012-ci il iyunun 4-də FHN rəhbəri ilə görüşdən sonra, iyunun 8-də həbs edilib.


Geri qayıt