Əsas Səhifə > Şou-biznes > XURAMAN ŞUŞALI CANLI EFİRDƏ BİABIR OLDU

XURAMAN ŞUŞALI CANLI EFİRDƏ BİABIR OLDU


11-06-2012, 13:07
XURAMAN ŞUŞALI CANLI EFİRDƏ BİABIR OLDU

ANSAMBL OLSA DA, FONOQRAM DİLƏ GƏLDİ

ATV telekanalının "Canlı səs" verilişinin elə canlı yayımında layihənin qonağı Xuraman Şuşalı canlı oxumadı.

Day.Az bildirir ki, müğənni studiyada ansamblın olmasına baxmayaraq, bütün mahnılarını fonoqramla ifa edib. Zaldakı jurnalistlərin mahnıları canlı oxumasını tələb etmələrinə rəğmən, müğənni yenə fonoqramdan əl götürməyib.

Məlumatlı mənbənin Day.Az-a bildirdiyinə görə, həmin zaman zalda olan ansambl Xuramanın öz ansamblı deyilmiş. Müğənni musiqiçilərlə efirdən bir saat əvvəl tanış olubmuş. Bu səbəbdən də dil tapıb anlaşmayıblar. Nəticədə, müğənninin ifası layihənin adı ilə tam ziddiyyət təşkil edib.

Geri qayıt