Əsas Səhifə > Hadisə > BAKIDA POLİSİ BIÇAQLAYIBLAR

BAKIDA POLİSİ BIÇAQLAYIBLAR


11-06-2012, 11:26
BAKIDA POLİSİ BIÇAQLAYIBLAR

O, AĞIR VƏZİYYƏTDƏ XƏSTƏXANAYA APARILIB

Ötən gün Bakı şəhərinin Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından lent.az-a verilən məlumata görə, Lev Tolstoy küçəsində naməlum şəxs 1985-ci il təvəllüdlü polis serjantı Elçin Qılman oğlu Qasımovu bıçaqlayıb. Yaralı polis nəfəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla əlaqədar məlumat daxil olan kimi Nəsimi PRİ, 22-ci PB-da əməliyyat qrupu yaradılıb. Hadisəni törədən şəxsin yaxalanması istiqamətində iş aparılır.

Geri qayıt