Əsas Səhifə > Siyasət, Manşet > RAUF HƏBİBOV DÜŞMƏNİNİ MÜƏYYƏN EDİB

RAUF HƏBİBOV DÜŞMƏNİNİ MÜƏYYƏN EDİB


9-06-2012, 12:49
RAUF HƏBİBOV DÜŞMƏNİNİ MÜƏYYƏN EDİB

QUBA OLAYLARI İLƏ BAĞLI DAHA BİR ŞOK MƏLUMAT YAYILDI

DİA.AZ: - Qubada baş verən 1 Mart olaylarının tam təfərrüatı ilə bağlı hələ də dolğun məlumatlar olmasa da, cəmiyyət dövrü mətbuat tərəfindən öz araşdırmaları hesabına müəyyən qədər olsa da, bilgiləndirilir. Amma rəsmi dillər bu barədə daha çox susmağa üstünlük verirlər. Elə həmin olayların bir nömrəli hədəfi olan, hadisələr nəticəsində devrilən Qubanın sabiq icra başçısı Rauf Həbibov da danışmaq niyyətindən uzaq kimi görünür.

Təbii ki, burada keçmiş başçının susması anlaşılandır. Hər halda, onu devirənlərin gücünü gözləri ilə gördü. Bu barədə Nazirlər Kabinetindəki məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Rauf Həbibov həm də ona görə dərinə getmək istəmir ki, rəqiblərindən konkrt hədələr də alıb.

Mənbənin söylədikləri: «Rauf Həbibova «yerində otur» tapşırığı ilk günəncə verilib. Hətta hadisələrin qaynar vaxtında belə, sabiq icra başçısı danışmadı. Mətbuat qarşısına yalnız onun xanımı çıxdı və sadəcə olaraq üstüörtülü fikirləri ilə - «Qubada olan hər on maşından 9-u Bakıdan gəlmə idi, onlar qubalı deyillər» şəklində olan açıqlamaları ilə nələrəsə işarə etdi. Amma bu işarələr cəmiyyət üçün yetərli deyildi».

Mənbəmiz bildirir ki, istənilən halda Rauf Həbibov onu hədəfə alan şəxsin kimliyi barədə tam məlumatlıdır: «Burada daha çox şübhə olunanı qubalı deputat Vahid Əhmədovdur. İlk əvvəl Rauf Həbibova yaxın şəxs kimi görünən Vahid Əhmədov əslində onun devrilməsində xüsusi fəallıq nümayiş etdirib».

Artıq bu barədə məlumatlı olduğu bildirilən Rauf Həbibovun hətta həmin şübhələri ilə bağlı bu günlərdə onu dindirən məlum hadisələrin istintaq qrupuna da danışıb: «Rauf Həbibov istintaqa ifadəsində Vahid Əhmədovun adını çəkib. İndi əgər istintaqın daha dərinə getmə səlahiyyəti olacaqsa, o zaman deputatın da istintaqa çağrılması gözləniləndir».


Geri qayıt