Əsas Səhifə > Şou-biznes > RAFET EL ROMAN BU DƏFƏ TƏK OLMAYACAQ

RAFET EL ROMAN BU DƏFƏ TƏK OLMAYACAQ


9-06-2012, 11:45
RAFET EL ROMAN BU DƏFƏ TƏK OLMAYACAQ

O, BAKI SƏHNƏSİNİ KİMİNLƏ PAYLAŞACAQ?

Sabah Türkiyədə, həm də Azərbaycanda məşhur olan Rafel El Roman Bakıya gəlir.

O, gənc estrada müğənnisi Sevda Yahyayeva ilə birlikdə nəzərdə tutulan konsert proqramını təqdim edəcək. Sevda Milli.Az-a bildirib ki, öncə səhnəyə özü çıxacaq və repertuarını təqdim edəcək. İkinci hissə türkiyəli həmkarının payına düşür. Onlar birgə də oxuyacaqlar.

"Musiqiçi qonağımla birlikdə həm azəri, həm də türk mahnılarını duet şəklində səsləndirəcəyik. Rafet özünün orkestri ilə gəlir və bəzi duetlərdə bizi onlar da müşayiət edəcəklər", - deyən Sevda geyinəcəyi libaslardan söz açdı. Dedi ki, bu dəfə fərqli dizaynerlə işləyib. O, geyimlərinin göz qamaşdıracağını diqqətə çatdırdı.

Rafet El Romanın onun qonağı olduğunu nəzərə alıb, göstərəcəyi diqqətdən söz saldıq:

"Rafet bəyi konsert təşkilatçısı Nahid Emiloğlu gətirir. Biz də öz qonaqpərvərliyimizi göstərəcəyik. Əgər vaxt problemi olmasa, yəqin ki, onun üçün gəzinti, istirahət proqramı düşünüləcək".

S.Yahyayeva yaxın zamanlarda Rafet El Romanla Türkiyədə konsert verə biləcəyini istisna etmədi.

"Hər şey ola bilər. Yeni duet mahnı da yazıla bilər. Konsertlərimiz olar. Bunlar hamısı zamana bağlıdır. Konsertdən sonra qonağımla bəzi məsələləri gözdən keçirəcəyik", - deyə sənətçi bildirdi.

Geri qayıt