Əsas Səhifə > Hadisə > 100 MİN DOLLAR ATAN BAKI SAKİNİ YAXALANDI

100 MİN DOLLAR ATAN BAKI SAKİNİ YAXALANDI


9-06-2012, 10:40
100 MİN DOLLAR ATAN BAKI SAKİNİ YAXALANDI

O, BU PULU DƏLƏDUZLUQ YOLU İLƏ ƏLƏ KEÇİRİB

Azərbaycan paytaxtında vətəndaşlara dələduzluq yolu ilə 100 min dollara yaxın zərər vuran şəxs həbs edilib.

Bu barədə APA-ya bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mobil Həsənzadə tutulub.

Nizami rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Mobil Həsənzadə dələduzluq yolu ilə vətəndaşlara külli miqdarda ziyan vurub. Belə ki, Füzuli rayon sakini olan Mobil Həsənzadə Ağsu rayon sakini Dürdanə Quliyeva, Bakı şəhər sakinləri Rövşən Əliyev, Nahidə Məmmədova, Elşad Nəzərli və digərlərinin etimadlarını qazanaraq onlardan ümumilikdə 100 min dollara yaxın pul alıb.

Geri qayıt