Əsas Səhifə > Cəmiyyət > SOVET DÖVRÜNƏ NOSTALJİ

SOVET DÖVRÜNƏ NOSTALJİ


18-10-2011, 16:52
SOVET DÖVRÜNƏ NOSTALJİ

AZSSR-İN HİMNİ GERİ QAYIDA BİLƏR

Milli Məclis Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilən iclasında deputat Etibar Hüseynov maraqlı təkliflə çıxış edib.

APA-nın məlumatına görə, deputat sözləri Süleyman Rüstəmə, musiqisi Üzeyir Hacıbəyova aid keçmiş Sovet Azərbaycanın himninin Bakı şəhərinin himni elan edilməsini təklif edib: «Mən internetdə SSRİ respublikalarının keçmiş himnlərinə qulaq asdım. Mətndən imtina edilmək şərti ilə biz Üzeyir bəyin musiqisini Bakı şəhərinin himni elan edə bilərik. Hər dəfə Bakıda müxtəlif tədbirlərdə dövlət himnini ifa edilməsindənsə Bakının himninin ifa edilməsi daha məqsədəuyğun olardı».


Geri qayıt