Əsas Səhifə > Cəmiyyət > NAZİRLƏRƏ TAPŞIRIQ GƏLDİ

NAZİRLƏRƏ TAPŞIRIQ GƏLDİ


7-06-2012, 13:57
NAZİRLƏRƏ TAPŞIRIQ GƏLDİ

ONLAR MƏTBUAT XİDMƏTLƏRİNİ DƏYİŞMƏLİDİRLƏR

Prezident İlham Əliyevin nazirlərə və dövlət qurumlarına elektron hökumətə keçidi təmin etmək məqsədilə verdiyi tapşırığın üzərindən xeyli zaman keçməsinə baxmayaraq, hələ də bu tapşırığı icra etməyən, vətəndaşlarla münasibətlərini qapalı formada həyata keçirməyə üstünlük verən dövlət qurumları mövcuddur.

“Bizimxəbər”ə özəl mənbələrdən daxil olan məlumata görə, məsələyə artıq hakimiyyətin ən yuxarı səviyyəsində reaksiya verilib və nazirliklərdən təcili olaraq vətəndaşlarla münasibətləri tənzimləmək tələb olunub. Nazirliklərin internet saytlarını yenilənməsi və ictimaiyyətlə təması həyata keçirən Mətbuat Xidmətlərində kadr dəyişikliklərinin həyata keçirilməsini nəzərdə tutan bu tapşırıqdan sonra əksər nazirliklərin Mətbuat Xidməti rəhbərlərinin vəzifələrini itirəcəyi gözlənilir.

Bu sırada Əmlak məsələləri üzrə Dövlət Komitəsinin sözçüsü Qulu Xəlilovun, Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin, İqtisadi İnkişaf Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyevin və Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Elman Babayevin yer alacağı gözlənilir. Onların yerinə isə hazırda müxtəlif mətbuat orqanlarında çalışan tanınmış jurnalistlərin təyin olunacağı gözlənilir.


Geri qayıt