Əsas Səhifə > Şou-biznes > RÖYA İLƏ AYGÜN SAÇYOLDUSUNUA ÇIXDILAR

RÖYA İLƏ AYGÜN SAÇYOLDUSUNUA ÇIXDILAR


7-06-2012, 13:20
RÖYA İLƏ AYGÜN SAÇYOLDUSUNUA ÇIXDILAR

KAMİLƏNİN TOYUNDA BİABIRÇILIQ...

Dünən tanınmış teleaparıcı və aktrisa Kamilə Babayeva subaylığa əlvida deyib. Modern.az-ın məlumatına görə aparıcı ixtisasca həkim və hüquqşünas olan İbrahim Rzabəyovla ailə həyatı qurub.

K.Babayeva yerli şou-biznesin bir çox nümayəndələrini də toya dəvət edib. Faiq Ağayev, Elton, Elnur Məmmədov, Samir Cavadzadə, Sevda Ələkbərzadə, Sevda Yahyayeva, Samirə, İradə İbrahimova, Aygün Kazımova, Röya toya dəvət alanlar sırasında olub.

Şahidlərin sosial şəbəklərdə yaydıqları məlumata görə, toyun ən yadda qalan məqamı illərdir küsüb-barışan Aygün Kazımova və Röyanın saçyolduya çıxmasıdır. Toy iştirakçıları əlbəyaxa olan bi iki qadını güclə ayırıblar. Davanın səbəbi müğənnilərin toyda oynayarkən bir-birinə toxunması göstərilir.

Geri qayıt