Əsas Səhifə > Dünya > GÜMRÜDƏKİ ERMƏNİ HƏRBİ HİSSƏSİ YANIB

GÜMRÜDƏKİ ERMƏNİ HƏRBİ HİSSƏSİ YANIB


7-06-2012, 12:56
GÜMRÜDƏKİ ERMƏNİ HƏRBİ HİSSƏSİ YANIB

RƏSMİ İRƏVAN MƏLUMAT VERMƏKDƏN ÇƏKİNİR

İyunun 7-də Ermənistanda Gümrü şəhərindəki hərbi hissənin yeməkxanasında yanğın baş verib.
News.am xəbər verir ki, yanğın yeməkxananın zirzəmisində başlayıb. Yanğının söndürülməsində üç yanğınsöndürən qrup iştirak edib.

Alovu operativ söndürmək mümkün olub. Hazırda dəyən ziyanın məbləği ilə bağlı məlumat yoxdur. Yanğının səbəbi barədə də məlumat verilmir.

Geri qayıt