Əsas Səhifə > Siyasət, Manşet > CƏBHƏ XƏTTİNDƏN ŞOK XƏBƏR: SAVAŞ BAŞLAYIR

CƏBHƏ XƏTTİNDƏN ŞOK XƏBƏR: SAVAŞ BAŞLAYIR


7-06-2012, 12:34
CƏBHƏ XƏTTİNDƏN ŞOK XƏBƏR: SAVAŞ BAŞLAYIR

AZƏRBAYCAN TORPAQLARININ BİR HİSSƏSİNİ AZAD ETMƏK FİKRİNDƏDİR

DİA.AZ: - Son günlər cəbhə xəttində vəziyyət gərgin nöqtəyə çatıb. Artıq atəşkəsin pozulduğu və hərbi əməliyyatların bərpa olunması təəssüratı tam olaraq yaranıb. Hətta beynəlxalq qurumlar bu barədə davamlı olaraq həyəcan təbili çalmaqda, müharibənin başlaya biləcəyini anons etməkdədirlər. Araşdırma məqsədilə beynəlxalq missiya Xankəndinə də elçilərini yollayıb.

Bəli, cəbhə xəttində atəş səngimir və bu da Azərbaycanın maraqları çərçivəsindədir. Hərbi mənbələrdən DİA.AZ-a daxil olan informasiyalar da təsdiqləyir ki, bununla Azərbaycan müharibə yolu ilə itirdiyi torpaqlarını geri qaytarma fürsəti əldə etmiş olacaq. Onsuz da rəsmi Bakının boş və mənasız sülh danışıqlarına nə inamı qalıb, nə də həvəsi. Bunun qarşılığında isə Ermənistan tərəfinin öz gücünə və imkanlarına tərs olan şıltaqlıqlar nümayiş etdirməsi vəziyyəti daha da kritikləşdirməklə yanaşı, həm də Azərbaycan üçün savaş yolundan başqa bir imkanı tanımamaqdadır.

Məlumatlı mənbənin söylədiklərindən belə aydın olur ki, artıq bir neçə gündür Ermənistan tərəfi Azərbaycana «atəşkəsi durduraq» xahişlərini bir-birinin ardına düzməkdədir: «Təbii ki, bu erməni xislətindən doğan bir təzahürdür. İlk əvvəl atəşkəsi pozaraq Azərbaycan cəmiyyətində çaxnaşma salmaqla yanaşı, həm də beynəlxalq təşkilatları təhdid məqsədilə güdürdülər. İndi isə vəziyyətin kontroldan çıxdığını görürlər və eyni zamanda onu da görürlər ki, nəzarətdən çıxan durum Azərbaycanın maraqlarına cavab verir. Əgər müharibə istəyirdilərsə, onu da alacaqlar. Daha ara-sıra atəşkəsi pozmaqla, Azərbaycanın mövqelərinə diversant hücumları təşkil etməklə əsəbləri tarıma çəkmələri ilə istədikləri nəticəni əldə edə bilməyəcəklər».

Mənbənin sözlərinə görə, rəsmi Bakı ələ düşən fürsəti lazımınca dəyərləndirmək fikrindədir: «Azərbaycan əslində müharibəni başlaya bilməsi üçün fürsət əldə edib. Çünki ilk atəşi açan onlar olub və nəticədə 5 şəhidimiz var. Doğrudur, bu əməliyyatlar zamanı Ermənistan ordusu da 8 itki verib. Amma baş verənlər heç də uşaq oyunu deyil. Rəsmi Bakı fürsəti dəyərləndirib, ən azından işğal altında olan torpaqlarının bir qismini azad etmək haqqında düşünür. Əgər Ermənistan bu şəkildə davam edərsə, Qarabağda müharibə qaçılmaz olacaq».

Mövzu diqqətimizdədir…

Geri qayıt