Əsas Səhifə > Partiya > “QARABAĞ” BLOKU HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ

“QARABAĞ” BLOKU HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ


6-06-2012, 15:03
“QARABAĞ” BLOKU HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ

“ONLAR ŞƏHİDDİRLƏR”

Bu gün ÜMİD Partiyasının mərkəzi qərargahında Qarabağ Bloku İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qəbul olunan qərarların icra vəziyyəti ölkədəki ictimai-siyasi proseslər müzakirə olunub. Qərarların icra vəziyyətini qənaətbəxş hesab edən idarə heyəti üzvləri son günlər atəşkəsın pozulmsası nəticəsində 5 nəfər əsgərimizin şəhid olmasından təəssüfləndiklərini bildiriblər. Şəhid olan əsgərlərin ailələrinə və yaxın qohumlarına başsağlığı verən Qarabağ Bloku bu əsgərlərə şəhidlik statusu verilməsi təklifi ilə çıxış edib. Blok təmsilçiləri vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə şəhidlərin dəfn mərasiminin yüksək səviyyədə təşkil edilməsi və bunun geniş təbliğ olunması üçün hökumətə çağırış ediblər.

Toplantıda “İnformasiya əldə etmək haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunlara təklif edilən dəyişiklər də müzakirə olunub. Bu dəyişikliklərin şəffaflıq üzərinə çəkilən qara pərdə hesab edən toplantı iştirakçıları bunu Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş informasiya əldə etmək azadlığına zidd olduğunu bildirməklə yanaşı, bunu şəffaflığın və hüquqi şəxslərin fəaliyyəti üzərində ictimai nəzarətin məhdudlaşdırılmasına gətirib çıxaracağını narahatlıqla ifadə ediblər. Məmurların gəlir deklarasiyasının təqdim edilməsi haqqında təkliflərin səsləndiyi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin tələb olunduğu bir vaxtda adı çəkilən qanunlara bu cür mürtəce dəyişikliklərin edilməsini yolverilməz olduğunu bildiriblər. Bu dəyişikliklərin informasiya azadlığını məhdudlaşdırmaqla yanaşı korrupsiyanın güclənməsinə şərait yaradacağını qeyd ediblər.

Qarabağ Bloku bu dəyişikliklərin ölkə konstitusiyasına və beynəlxalq hüquq normalarına zidd olduğunu, şəffaflığın və ictimai nəzarət mexanizmlərinin məhdudlaşdırılacağını nəzərə alaraq ölkədə fəaliyyət göstərən siyasi və ictimai təşkilatları da bu dəyişikliklərin əleyhinə kompaniyaya başlamağa çağırıb.

Toplantıda Avropa Birliyinin Azərbaycana sanksiyalar tətbiq etməsilə bağlı səslənən fikirlər də müzakirə olunub. Azərbaycanın ixrac olunan xam neftinin təxminən 60%-nin alıcısı olan Avropa Birliyi ölkələrinin neftdən imtina ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirən blok təmsilçiləri qeyd ediblər ki, əgər bu səslənən təkliflər reallaşarsa, bu Azərbaycan dövlətinə və iqtisadiyyatına çox ciddi zərər verə bilər. Blok təmsilçiləri hesab edirlər ki, sanksiyalar Azərbaycanda insan haqlarının pozulmasına, söz, mətbuat və siyasi azadlıqların boğulmasına görə gündəmə gəlirsə, bu dövlətə qarşı deyil, bu problemləri yaradan hökumətə və onu idarə edən məmurlara qarşı tətbiq olunmalıdır.

ABŞ dövlət katibi Hillary Klintonun ölkəmizə səfərini müzakirə edən Qarabağ Bloku bu səfərin ABŞ-Azərbaycan əlaqələrinin genişlənməsinə, ölkədə insan hüquq və azadlıqlarının qorunmasına, demokratik inkişafın və islahatların gücləndirilməsinə təkan verəcəyinə ümid etdiyini bildirib. Eyni zamanda Blok təmsilçiləri dövlət katibinin Gürcüstanda olduğu kimi hökumət təmsilçilərilə yanaşı müxalifət nümayəndələrilə görüşün keçirilməsinin zəruriliyini və bunun ölkəmizdə demokratik dəyərlərin gücləndirilməsinə təkan verə biləcəyini qeyd ediblər.


Geri qayıt