Əsas Səhifə > Güney Press, Araşdırma > ŞOK: ABŞ ANALİTİKLƏRİ QARABAĞDA MÜHARİBƏNİ ANONS ETDİLƏR

ŞOK: ABŞ ANALİTİKLƏRİ QARABAĞDA MÜHARİBƏNİ ANONS ETDİLƏR


6-06-2012, 12:47
ŞOK: ABŞ ANALİTİKLƏRİ QARABAĞDA MÜHARİBƏNİ ANONS ETDİLƏR

“GÜC ARBİTRAJINA EHTİYAC VAR”

Dondurulmuş münaqişə qaynar münaqişəyə çevrilə bilərmi? –ABŞ-ın Cənubi Qafqaz üzrə ən yaxşı analitiklərinin iyunun 5-də Vaşinqtonda Vudro Vilson Mərkəzində apardıqları müzakirələrin mövzusu belə olub.

Müzakirə iştirakçıları atəşkəsin pozulması və Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı dərin narahatlıqlarını bildiriblər. Bu, son illərdə ən ciddi gərginlik idi, onun nəticəsində üç erməni və beş Azərbaycan əsgəri öldürülüb.

Xarici siyasət üzrə Amerika Şurasının elmi əməkdaşı Ueyn Merri hesab edir ki, “sadəcə müharibə getmir, bu, həm də müsbət bir şey kimi qəbul olunur”.

Minsk qrupu bunun qarşısını almaq iqtidarında deyil. “Vasitəçilər danışıqlar aparmır: Hər iki tərəf – Azərbaycan və Ermənistan onların işini əngəlləyir və vasitəçilikdə güc arbitrajına keçməyin vaxtı yetişib”, deyə Merri bildirib.

Yeni münaqişə 1988-ci ildəkinin təkrarı olmayacaq, hərbi hazırlıqları nəzərə alsaq, bu, daha sürətli və ölümcül olacaq. Buna görə, gözlənildiyindən daha çox dağıntı olacaq.

Yeni müharibə həmçinin regional oyunçuları – Azərbaycan üçün Türkiyəni və Ermənistan üçün Rusiyanı da cəlb edəcək. “Münaqişə yalnız bu regionla məhdudlaşmayacaq, yayılacaq”, deyə o əlavə edib. “Məsələni həll etmək üçün böyük qardaşın güclü əli lazımdır”, deyə, Merri Türkiyənin iştirakı olmadan Azərbaycanın bu addımı atmayacağını nəzərdə tutaraq qeyd edib.

Müzakirələrin digər iştirakçısı, Karnegi Fondundan Tomas de Vaal deyib ki, hər il onlarca insan həlak olur, odur ki, bu, dondurulmuş münaqişə deyil. Bu yaxınlarda baş verən hadisələr bunu bir daha sübut etdi.

Dünyanın müxtəlif liderləri uğursuz olaraq bu münaqişəni həll etməyə çalışıblar. Xarici qüvvələr problem deyil, məsələnin kökü ötən əsrlərə gedir, sərhədlərin ortaya çıxdığı andan bəri qonşular – ermənilər və azərbaycanlılar yola getməyiblər.

Bakı hazırda yüksəlməkdədir və dünyada çəkisi var, bu proses hələ 15-20 il davam edəcək. De Vaal və Merri hesab edirlər ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdıra və Dağlıq Qarabağ üçün müsbət nümunə ola bilər, “amma ilk addımı Türkiyə atmalıdır”, lakin Ankara və Yerevan hələ də barışmayıblar və bu, doğru deyil.

Meri hesab edir ki, ATƏT-in Minsk qrupu “dəyişdirilməlidir”.

Corctaun Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Çarlz King qeyd edib ki, beynəlxalq ictimaiyyət hamının münaqişənin bərpasından heç kimi bir şey əldə etməyəcəyini anlaması üçün əlindən gələni etməlidir.

King həmçinin hesab edir ki, Minsk qrupu problemi həll edə bilməz. Analitik hesab edir ki, Qarabağ münaqişəsi ərazi problemi deyil, ermənilər və azərbaycanlılar arasında yadlaşma problemidir.


Geri qayıt