Əsas Səhifə > Hadisə > BİR GÜNDƏ 3 NƏFƏR CANINA QIYDI

BİR GÜNDƏ 3 NƏFƏR CANINA QIYDI


6-06-2012, 11:43
BİR GÜNDƏ 3 NƏFƏR CANINA QIYDI

AZƏRBAYCAN BU MƏSƏLƏDƏ REKORDA İMZA ATACAQ

Bakıda bir gündə 3 nəfər intihar edib.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ikinci Zabrat qəsəbəsi, Turgenyev küçəsi, ev 4-də yaşayan 1950-ci il təvəllüdlü Xanulla Əzimov yaşadığı evdə özünü asaraq intihar edib.

Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan 1993-cü il təvəllüdlü Elvin Yusifov məqsədilə siçan dərmanı içərək intihar edib.

Nizami rayonu, NZS qəsəbəsi, Yavər Səfərov küçəsi, ev 25-də yaşayan 1963-cü il təvəllüdlü Elçin Kərimov yaşadığı evin həyətindəki üzüm talvarından özünü asaraq intihar edib.

Hər 3 faktla əlaqədar rayon prokuroluğlarında Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.


Geri qayıt