Əsas Səhifə > Dünya > CAMAATIN UŞAĞI GÖYƏ UÇUR....

CAMAATIN UŞAĞI GÖYƏ UÇUR....


5-06-2012, 13:41
CAMAATIN UŞAĞI GÖYƏ UÇUR....

ÇİN DƏ 7 MİN METR DƏRİNLİYƏ MARAQ EDİR

Çin dünyanın ən dərin sualtı enişini həyata keçirmək üçün Marian çökəkliyinə "Mistik Dəniz Əjdahası (Ciaolong)" adlı sualtı qayığı daşıyan osinoqraf gəmisini göndərib.

FaktXeber.com-un verdiyi məlumata görə, bu ayın ortalarında insanla birlikdə 7 min metr dərinliyə enəcək sualtı qayığı, 100-ə yaxın alim yerində izləyəcək.

Ye Song, Fu Vıntao və Tang Cialing adlı üç dalğıcın "Mistik Dəniz Əjdahasıyla" okeanın dərinliyinə enəcəyi bildirilir. Alimlərin isə dalış zamanı götürülən dənizaltı nümunələri araşdıracağı qeyd edilir.

"Ciaolong"un bundan əvvəl 3 min 759 metr dərinliyə endiyi qeyd edilir. Bu addım Çini ABŞ, Rusiya, Fransa və Yaponiyadan sonra 3 min 500 metr dərinliyin altına enə bilən beşinci ölkə mövqeyinə gətirmişdi.

Çin Dövlət Okean İdarəsinin rəsmisi Liu Şinçıng 7 min metrlik dalışın dünya tarixində ilk olduğunu söyləyib və bu vəziyyətdən bir çox təcrübə qazanılacağını vurğulayıb.

Liu ayrıca olaraq Çinin hazırladığı dərin dəniz texnologiyasının "açıq bir mənbə" olduğunu söyləyərək, bundan xarici alimlərin də istifadə edə biləcəyinə toxunub.

"Ciaolong"un baş layihəçisi Şu Çinan sualtı qayığı hidravlik təzyiq sistemlərinin yüksək təzyiq və ani istilik dəyişiklikləri üçün hazırlandığını söyləyib.

Qeyd edək ki, Çin "Ciaolong" layihəsinin icrasına 2002-ci ildən başlayıb.

"Ciaolong"un ilk səfərini cari ilin iyul ayının ortasında başa çatdıracağı bildirilir.


Geri qayıt