Əsas Səhifə > Cəmiyyət > "ŞƏRURLİ İSFƏNDİYAR" ÖLKƏDƏN GEDİB
"ŞƏRURLİ İSFƏNDİYAR" ÖLKƏDƏN GEDİB18-10-2011, 13:20 |
O, MƏCBUR QALIB VƏTƏNİNİ TƏRK EDİB Azərbaycanda adı ətrafında ən çox qalmaqalların yaşandığı və barəsində müxtəlif tikinti fırıldaqları ilə bağlı iddiaların dolaşdığı "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov Azərbaycandan gedib. Bu barədə qazeta.azerisayt.com xəbər yayıb. Bildirilir ki, İsfəndiyar Axundovun adı sonuncu adı 8-ci km. qəsəbəsində "Kamran" MMC tərəfindən aldadılan sakinlərin etirazları ilə gündəmə gəlib. Belə ki, Axundovun sahibi olduğu "Şərur" MTK-ya aid bu MMC-nin tikdiyi binalarda bir mənzilin bir neçə nəfərə satıldığı və xeyli sayda müştərinin aldadıldığı ortaya çıxmışdı. Saytın məlumatına görə, mənbələr deyirlər ki, "Şərurlu İsfəndiyar"dan hökumətdə də ciddi narazıdırlar. Ona görə də o, ölkədən gedib. Hazırda Ukraynanın Dneprepetrovsk şəhərində "lövbər salan" "Şərurlu İsfəndiyar"ın orada özünə dəbdəbəli ofis açdığı və göydələn inşasına başlamağa hazırlaşdığı deyilir. Bir başqa iddiaya görə, Axundovun Ukraynada - adıçəkilən şəhərdə əvvəlcədən də tikinti biznesi varmış. İndi maraqlı olan başını götürüb ölkədən gedən İsfəndiyar Axundovun tikinti şirkətlərinin qurbanlarının haqqının necə qaytarılacağı, onlara vurulan maddi və mənəvi ziyana görə kimin cavab verəcəyidir. Geri qayıt |