Əsas Səhifə > Sosial > ZAMAN İSGƏNDƏROV BAŞÇI İLƏ NECƏ DİL TAPDI?

ZAMAN İSGƏNDƏROV BAŞÇI İLƏ NECƏ DİL TAPDI?


15-09-2011, 18:33
ZAMAN İSGƏNDƏROV BAŞÇI İLƏ NECƏ DİL TAPDI?

1,5 KİLOMETRLİK TORT SİFARİŞ VERƏN ELDAR ƏZİZOV HƏR SAHİBKARDAN 75 METRİN PULUNU ALIR

Hələ Gəncədə icra başçısı olarkən Eldar Əzizov özünün rekorda meyilliliyi ilə diqqətləri cəlb etməkdə idi. Elə Sumqayıta başçı təyin olunduqdan sonra da bu şakərini davam etdirir.

PİA.AZ redaksiyasına Sumqayıtdakı mənbələrdən daxil olan informasiyada bildirilir ki, Eldar Əzizov özünün 62 yaşını qeyd etməyə hazırlaşan gənc şəhər Sumqayıtın şərəfinə 1,5 kilometrlik tort sifariş verib.

Mənbə bildirir ki, artıq indidən tortun hazırlanması üçün yerli sahibkarların üzərinə öhdəlik qoyulub: «Təxminən 20-yə yaxın sahibkara müraciət olunub və hər bir sahibkar təxminən 75 metr tortun hazırlanması üçün tələb olunan pulu ödəməlidir».

Yəni Eldar Əzizov yerli sahibkarların pulu ilə növbəti rekorda imza atamğaı düşünür.

Amma bildirək ki, onun sahibkarla işi tək bu deyil. Elə dünən barəsində məlumatını verdiyimiz Sumqayıtın yerli klan rəhbərlərindən olan Zaman İsgəndərovun nəvəsinin adına olan «Cavid» Ticarət Mərkəzi barədə də ilginc faktları əldə etmişik.

Məlumatlı mənbə bildirir ki, Eldar Əzizov həmin obyekti də «qara siyahısına» salıbmış və Zaman İsgəndərova söz yollayıb ki, TM plana düşüb: «Lakin hər şey «sülh yolu» ilə həll edilib və Zaman İsgəndərov «Cavid» Ticarət Mərkəzini «qara siyahıdan» çıxarmağa müvəffəq olub».

Geri qayıt