Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "ANAR VƏ SÜDABƏ" DASTANI BİTDİ

"ANAR VƏ SÜDABƏ" DASTANI BİTDİ


5-06-2012, 12:45
"ANAR VƏ SÜDABƏ" DASTANI BİTDİ

AYB SƏDRİ ONU TƏNQİD EDƏN YAZIÇINI İŞDƏN QOVDURDU

AYB sədrindən ev istəyirdi, işini də itirdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü Südabə Sərvi ANS Press Nəşriyyat evinin “El” jurnalının şef redaktoru vəzifəsindən çıxarılıb. “Qafqazinfo”ya xəbəri təsdiqləyən Südabə Sərvi işdən çıxarılmasının səbəblərini açıqlamaq istəməyib, işinə bərpa olunacağına ümid edib. “Həyatda pislik etməyə nə var ki, onlar mənə pislik edib üç balamı çörəksiz qoydular”.

Əldə etdiyimiz məlumata görə, S. Sərvinin işdən çıxarılmasına AYB sədri Anar Rzayevin ANS-in vitse-prezidenti Mirşahinlə söhbətindən sonra qərar verilib. AYB sədri Mirşahindən S. Sərvinin işdən çıxarmağı xahiş edib. M. Ağayev də A. Rzayevin ANS-in bağlandığı vaxtlarda onlara göstərdiyi dəstəyi nəzərə alaraq xalq yazıçının xahişini yerə salmayıb.

Xatırladaq ki, S. Sərvi ötən həftə “Qafqazinfo”ya verdiyi müsahibəsində AYB əleyhinə çıxış etmişdi.


Geri qayıt