Əsas Səhifə > Partiya, Manşet > AYAZ MÜTƏLLİBOVA BAKIDA 5 OTAQLI EV

AYAZ MÜTƏLLİBOVA BAKIDA 5 OTAQLI EV


4-06-2012, 13:58
AYAZ MÜTƏLLİBOVA BAKIDA 5 OTAQLI EV

KEÇMİŞ PREZİDENTƏ NOVXANI ƏRAZİSİNDƏ VİLLA DA BAĞIŞLANIB

DİA.AZ: - Məlum olduğu kimi, eks-prezidentlər haqqında qanunun Milli Məclisdə müzakirəsi növbədənkənar iclasa təyin edilib. Bildirək ki, qurumun növbədənkənar sessiyanın ilk iclası iyunun 12-də keçiriləcək.

Həmin iclasda “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununun layihəsi müzakirə olunacaqdır. Bir sıra qanunlara əlavələr və dəyişikliklər də gündəliyə salınıb.

Bununla bağlı DİA.AZ-a məlumat verən hökumət içindəki etibarlı mənbə iddia edir ki, artıq qanuna uyğun olaraq eks-prezidentlərin ailələri üçün nəzərdə tutulan güzəştlərə uyğun tədarüklər görülməkdədir. Söhbət uzun müddətdir vətənindən didərgin düşmüş Ayaz Mütəllibova ayrıca evin verilməsindən gedir.

Xatırladaq ki, buna qədər də məlumat verərək bildirmişdik ki, Moskvada yaşayan keçmiş prezidentə bir neçə versiya təklif olunub. Mənbəmiz iddia edir ki, Ayaz Mütəllibov Rusiya səfirliyinin qarşısında yerləşən yeni tikililərdən birindən 5 otaqlı mənzili bəyənib. Eyni zamanda Mütəllibova Novxanıda yerləşən bağ evlərindən birinin də təklif edildiyi söylənilir.

Bildirək ki, oxşar şəraitlə həmçinin mərhum prezident Əbülfəz Elçibəyin ailəsinin də təmin olunacağı gözlənilir.


Geri qayıt