Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD ÖZÜNƏ VARİANT TAPIB

BƏŞƏR ƏSƏD ÖZÜNƏ VARİANT TAPIB


4-06-2012, 13:20
BƏŞƏR ƏSƏD ÖZÜNƏ VARİANT TAPIB

KÜTLƏVİ QIRĞINLARI XARİCİ QÜVVƏLƏRİN AYAĞINA YAZIR

"Suriya prezidenti Bəşər Əsəd nə zaman kütləvi qırğın olur, bunu xarici qüvvələrin üstünə atır".

SalamNews Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin ölkə parlamentdə çıxışını şərh edərkən deyib.

Onun çıxışında Huladakı qırğınını pisləməsini dəyərləndirən R.T.Ərdoğan deyib: "Bəşər Əsəd nə zaman kütləvi qırğın baş verirsə, bunu xarici qüvvələrin üstünə atır. Bəşər Əsəd indiyədək bir dəfə olsun Suriyada siyasət aparmayıb. O, seçkilərin Suriya xalqının iradəsini ortaya qoyduğunu söyləyir, ancaq, bu, döğru deyil. Son seçkilər ədalətli keçirilmədiyi üçün çox sayda adam iştirak etməyib”.

Geri qayıt