Əsas Səhifə > Dünya > KİLSƏ QARŞISINDA PARTLAYIŞ TÖRƏDİLDİ

KİLSƏ QARŞISINDA PARTLAYIŞ TÖRƏDİLDİ


4-06-2012, 13:16
KİLSƏ QARŞISINDA PARTLAYIŞ TÖRƏDİLDİ

AZI 10 NƏFƏR HƏALK OLUB, ONLARLA ADAM YARALANIB

Partlayış kilsə önündə intiharçı tərəfindən törədilib, nəticədə intiharçıdan başqa azı daha 9 nəfər həlak olub, polis BBC-ə bildirib.

Polisin məlumatına görə, intiharçı partlayıcı maddə dolu olan maşın kilsənin önündə partladıb. Partlayış nəticəsində 30-a yaxın insan yaralanıb.

Partlayışa görə, heç bir qrup məsuliyyəti üzərinə götürməyib, lakin icmalçılar son dövrlərdə Nigeriyada Boko Haram dəstəsi tərəfindən baş verən zorakılıq dalğasını qeyd edirlər.

Qrup Nigeriyanın şimalında 2009 ildən başlayaraq bir sıra hücumlar həyata keçirib, nəticədə yüzlərlə insan həlak olub.

Bauchi sakinləri bildirib ki, intiharçı avtomobililə hasarı vurub keçməyə cəhd edərkən bomba işə düşüb.

Partlayış zamanı ölənlərdən bəziləri kilsənin içərisində, digərləri isə kilsənin qarşısında dayanmışdılar.

Şahidlərdən biri Reuters agentliyinə bildirib ki, səhər moizəsindən sonra kilsəni tərk edib bayıra çıxanda güclü partılayış səsi eşidib, dərhal geri dönüb, və kilsədə yerə onlarla insanın qan gölməçələrində sərildiklərini görüb.

Sakinlər Reuters agentliyinə 12 cəsəd gördülərini deyiblər, polis ölənlərin 10 nəfər olduğunu bildirib.

"Qərb təhsilinə yox" kimi tərcümə olunan Boko Haram dəstəsinin dayaq özəyinin ölkənin şimal şərqindəki Maiduguri şəhərində yerləşdiyi bildirilir.

Bu qrup Nigeriyada şəriət qanunu təsbit etməyi etməyi qarşısında məqsəd qoyub.

Bu dəstə kilsələr, məktəblər, polis məntəqələri və digər hökümət binalarını hədəf seçib.

Nigeriyanın şimalında davam edən zorakılıq hadisələrində azı 8 nəfər ölüb.

Nigeriyanın Bauçi ştatının Tafava Balevi şəhərində polis məntəqəsinə hücum olunub. Hücum edənlərlə polis əməkdaşları arasında atışma başlayıb.

Nigeriyanın digər bölgəsində buraxılış-keçid məntəqəsi atəşə tutulub, 1 əsgər öldürülüb.

Bu arada Nigeriya prezidenti Namadi Sambo Kano şəhərinə yollanıb.

Ötən cümə günü Nigeriyanın Kano şəhərində ardıcıl törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Həmin partlayışlar əsasən hökumət binalarını hədəfə götümüşdü.

Partlayışlara görə məsuliyyəti üzərinə Boko Haram radikal islam təşkilatı götürüb.

Dəstə partlayışları onların üzvləri saxlanıldığı üçün törətdiklərini bildirib.


Geri qayıt