Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT KLİNTONUN GƏLİŞİNƏ HAZIRLAŞIR

HAKİMİYYƏT KLİNTONUN GƏLİŞİNƏ HAZIRLAŞIR


4-06-2012, 12:25
HAKİMİYYƏT KLİNTONUN GƏLİŞİNƏ HAZIRLAŞIR

DÖVLƏT KATİBİ İLƏ RƏSMİ BAKININ CİDDİ MÜZAKİRƏLƏRİ OLACAQ

DİA.AZ: - Məlum olduğu kimi, artıq gənc fəal Bəxtiyar Hacıyev azadlığa buraxılıb. Xatırladaq ki, bu barədə məlumatı keçən həftə vermişdik və bildirişdik ki, bir neçə günə keçmiş deputatlığa namizədin məhbəsdən azad ediləcəyi planlaşdırılır.

Onu da bildirək ki, Bəxtiyar Hacıyevlə bərabər daha bir neçə vicdan məhbusunun azadlığa çıxacağı gözlənilir. Bunu isə Bakıya səfərə gəlməyə hazırlaşan ABŞ Dövlət Katibi Hillari Klintona jest kimi dəyərləndirən ekspertlər bildirirlər ki, 6 iyunda Bakıda olacaq xanım Klintonun YAP iqtidarı ilə çox ciddi dartışmaları da gözlənilir.

Bu barədə danışan məlumatlı mənbə DİA.AZ-a onu da bildirib ki, bu görüş ona görə əhəmiyyətlidir ki, həm də Azərbaycanın regionda cərəyan edən proseslərdəki yerini də müəyyənləşdirəcək əhəmiyyətdədir: «Məlumdur ki, Qərbin regionla, xüsusilə də qonşumuz İranla bağlı fərqli planları var. Dünənə qədər rəsmi Bakı İrana qarşı sanksiyalara dəstək vermir, kənar müşahidəçi kimi çıxış edir, tərəflərə münasibətdə balansı qorumağa çalışırdı. Son günlər isə Tehranla Bakının arası əməlli-başlı açılıb. Və ABŞ-ın də əlinə fürsət düşüb. Bundan əlavə, Qərbə aid nüfuzlu siyasi çevrələr YAP iqtidarına təzyiqlərini də güləndiriblər. Yəni bir seçim anının astanasındayıq. Seçimi isə rəsmi Bakı etməlidir».

Mənbəmiz bildirir ki, əgər Hillari Klinton Bakıdan əliboş dönərsə, o zaman Azərbaycanda çox fərqli ssenarilərin icrası üçün hərəkətə keçiləcək.

Bildirək ki, bu barədə geniş materialımızı yaxın vaxtlarda diqqətinizə çatdıracağıq. Bizi izləyin…


Geri qayıt