Əsas Səhifə > Gündəm, Manşet > BURASI AZƏRBAYCANDIR!!!

BURASI AZƏRBAYCANDIR!!!


18-10-2011, 11:49
BURASI AZƏRBAYCANDIR!!!

VƏ YAXUD VƏTƏNİMİZƏ DOĞUM GÜNÜ TƏBRİKİ

Salam, Azərbaycan. Yenidən doğum günün mübarək. Artıq 20 yaşın var. Tam ayaqda duran vaxtındır. Öz başına çarə qılan vaxtındır. Özünə bir yol müəyyən edən vaxtındır.

Gözəl yaşdır. Hələ görməli günlərin qabaqdadır. Canını sıxma.

Bilirəm. Bu günkü yaşayışın səni qane etmir. Hə də, kimi qane edər ki? Problem boğaza qədər. İnsanların ac-yalavac.

Amma yenə də. Ürəyini sıxma. Görməli günlərin qabaqdadır. Nə yaşın var ki…

Əsas sənin var olmağındır. Əsas sənin mövcudluğundur. Hətta tikələnib yadların əlinə düşməyin belə bizim bu qürurumuzu əlimizdən ala bilməz.

İnsanlarını da qınama. Bu da bir taledir. Onların hər problemlə üzləşəndə «Burası Azərbaycandır» kinayəsindən də üzülmə. İnsan oğludur. Belə danışmalıdır.

Amma bil ki, bir gün hər kəs qürurla bu ifadəni işlədəcək. Hər kəs fəxrlə «BURASI AZƏRBAYCANDIR» deyəcək.

İnan ki, o gün uzaqda deyil.

Bir daha doğum gününü təbrik edirəm, canım, gözüm, VƏTƏNİM!


Geri qayıt