Əsas Səhifə > Dünya > AMERİKADA DƏHŞƏTLİ FƏLAKƏT

AMERİKADA DƏHŞƏTLİ FƏLAKƏT


1-06-2012, 12:27
AMERİKADA DƏHŞƏTLİ FƏLAKƏT

MİÇİQAN ŞTATINDA 100-DƏN ÇOX BİNA YANIB

ABŞ-ın Miçiqan ştatında yanğın 9 hektar meşə ərazisini və 100 binanı məhv edib. “Hər şeydən əvvəl, bunlar kənd ərazisində yerləşən mehmanxanalar, mağazalar və kottec tipli yaşayış evləridir”, - ştatın ən böyük şəhəri, ABŞ-ın “avtomobil paytaxtı” olan Detroytun yanğından mühafizə xidmətindən bildirilib.

SalamNews-un “Vesti”yə istinadən verdiyi xəbərə görə, yanğınsöndürənlər hələ alovun qarşısını ala bilməyiblər. İsti hava şəraiti və bəzi yerlərdə tufan həddinə çatan güclü küləklər nəticəsində alov hər tərəfə yayılır. Həmçinin ABŞ-ın cənub-qərbində də meşə yağınları ilə mübarizə aparılır. Ən çox Arizona və Nyu-Meksiko ştatlarına zərər dəyib. Alovla mübarizə üçün 1,5 min yanğınsöndürən və xüsusi aviatexnika ayrılıb.

Geri qayıt