Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOVUN İŞÇİSİ NARKOTİKLƏ TUTULDU

MİSİR MƏRDANOVUN İŞÇİSİ NARKOTİKLƏ TUTULDU


18-10-2011, 11:23
MİSİR MƏRDANOVUN İŞÇİSİ NARKOTİKLƏ TUTULDU

BƏDƏN TƏRBİYƏSİ MÜƏLLİMİNİN ÜZƏRİNDƏN MARİXUANNA TAPILIB

Ağdaş rayonunda orta məktəb müəlliminin üzərində narkotik vasitə aşkarlanıb.

APA-nın xəbərinə görə, rayonunun Yenicə kənd orta məktəbinin bədən tərbiyəsi və idman müəllimi, 1968-ci il təvəllüdlü Şıxəliyev Kamran Yaqub oğlu polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Baxış keçirilən zaman onun üzərindən iki kibrit qutusunda yerləşdirilmiş 8, 39 qram qurudulmuş marixuana tapılıb.

K. Şıxəliyevin 22 ildir müəllim işlədiyi bildirilir. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri qayıt