Əsas Səhifə > Cəmiyyət > MSK-NIN SABİQ SƏDRİ VƏFAT EDİB

MSK-NIN SABİQ SƏDRİ VƏFAT EDİB


1-06-2012, 11:01
MSK-NIN SABİQ SƏDRİ VƏFAT EDİB

MƏRHUM 7 İL ƏVVƏL SONUNCU RƏSMİ İŞ YERİNDƏN ÇIXARILMIŞDI

Mərkəzi Seçki Komissiyasının sabiq sədri Cəfər Vəliyev iyunun 1-də dünyasını dəyişib. Bu barədə "Qafqazinfo" məlumat yayıb.

1930-cu ildə Bakı şəhərində anadan olan Cəfər Vəliyev 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1953-1960-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetində rəhbər vəzifələrdə, 1960-1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini, 1962-1971-ci illərdə Azərbacan SSR prokurorunun birinci müavini, 1971-1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1979-1987-ci illərdə Azərbaycanın daxili işlər naziri, 1987-1992-ci illərdə Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri işləyib.

C.Vəliyev 1992-ci ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri təyin olunub. Daha sonra o, elə bu vəzifə ilə də Heydər Əliyev iqtidarında təmsil olunub. Mərhum prezident Heydər Əliev onu 1999-cu ilədək Mərkəzi Seçki Komissiyasının sədri postunda saxlayıb. O, H.Əliyevin etimadını qazandığından postunda saxlanılıb.

1999-cu ildə Heydər Əliyev Cəfər Vəliyevi MSK sədri postundan azad etsə də, başqa bir yüksək vəzifə ilə mükafatlandırıb: o, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifəsinə təyin edilib. Daxili xidmət general-leytenantı C.Vəliyev İqtisad Məhkəməsinin rəhbərliyindən indiki prezident İlham Əliyevin vaxtında uzaqlaşıb.

2005-ci il dekabrın 16-da dövlət başçısı İlham Əliyev Azərbaycan İqtisad Məhkəməsinin sədri Cəfər Vəliyevi tutduğu vəzifədən azad edib. Bununla bağlı prezidentin imzaladığı sərəncamda bildirilib ki, C.Vəliyev öz ərizəsinə əsasən vəzifəsindən azad olunub.

Cəfər Vəliyev bu yaxınlaradək özəl sektorda, "Messenat Holdinq Şirkətlər qrupu"nun prezidenti vəzifəsində çlışırdı.


Geri qayıt