Əsas Səhifə > Cəmiyyət > ARİF HACILININ MÜRACİƏTİNƏ BAXILIR
ARİF HACILININ MÜRACİƏTİNƏ BAXILIR31-05-2012, 11:14 |
O, MÜVƏQQƏTİ AZADLIĞA BURAXILIR Müsavat Partiyası başqanının müavini Arif Hacılının anasının dəfnində iştirak etmək üçün müraciətinə baxılır. Bu barədə APA-ya açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev məlumat verib. O, qeyd edib ki, A. Hacılı anasının dəfnində iştirakına icazə verilməsi xahişi ilə bu gün səhər xidmətə müraciət edib: “Hazırda onun müraciətinə baxılır, yaxın saatlarda müraciətə cavab veriləcək”. Qeyd edək ki, A. Hacılının anası Zahidə Hacıyeva uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında vəfat edib. Geri qayıt |