Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ ŞEFİNDƏN «AVROVİZİYA» BANKETİ

ARDNŞ ŞEFİNDƏN «AVROVİZİYA» BANKETİ


30-05-2012, 12:37
ARDNŞ ŞEFİNDƏN «AVROVİZİYA» BANKETİ

HAKİMİYYƏT İSVEÇLİ SƏNƏTÇİYƏ ÖGEY MÜNASİBƏT BƏSLƏMƏKDƏDİR

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Mötəbər mənbələrin bildirdiyinə görə, keçən şənbə günü başa çatmış «Avroviziya» yarışması ilə əlaqədar müsabiqədə iştirak etmiş müğənnilər üçün Bakı ətrafındakı bağ evlərinin birində böyük ziyafət məclisi təşkil olunub.

Mənbə DİA.AZ-a bildirib ki, həmin bağ evi Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə məxsus olub və elə ziyafəti verən də ARDNŞ prezidenti olub.

Məlumatlarda o da söylənilir ki, ziyafətlə yanaşı, «Avroviziya» iştirakçılarına bahalı hədiyyələr də bağışlanıb. Amma bu təmtəraqda bir qeyri-adi olay da baş verib. Belə ki, mötəbər qaynağın iddialarına görə, ziyafət «Avroviziya-2012» yarışmasının qalibinin iştirakı olmadan keçirilib.

Qeyd edək ki, bu yarışmada İsveç təmsilçisi, əslən Mərakeşdən olan Lorin qalib gəlib və Bakıda o, bir sıra qeyri-hökumət təşkilatları ilə, həmçinin müxalifət partiyalarının liderləri ilə görüş keçirib. Bu addımı ilə rəsmi Bakını əməlli-başlı qıcıqlandıran Lorinin yarışmada qalib gəlməsi də yerli hakimiyyətin ürəyincə olmayıb. Bunu hətta «Avroviziya» yarışmasına ciddi şəkildə hazırlaşan, bunu geniş şəkildə təbliğ edən rəsmi mətbuatın yarışmanın yekunları ilə xəsisliklə məlumat yaymasından da sezmək mümkün idi. Ümumiyyətlə, müsabiqə bitəndən sonra dərc olunan rəsmi mətbuatda Lorinlə bağlı yalnız bir-iki ifadə yer almışdı.

Azərbaycan xalqına «azad ol» şüarı ilə müraciət edən Lorinin Rövnəq Abdullayevin məclisindən də kənarda qalmasının məhz siyasi qərar olduğu heç şübhəsizdir. Mənbəmiz onu da bildirir ki, ziyafət zamanı türkiyəli təmsilçi Can Bonomoya qiyməti təxminən 50 min avro dəyərində olan bahalı xalça da hədiyyə edilib. Qeyd edək ki, Can Bonomo Azərbaycan mətbuatına verdiyi müsahibəsində vurğulamışdı ki, nənəsi ondan Azərbaycan xalçaları almadan Bakıdan dönməməsini xahiş edib. Görünür, məmurlarımız türkiyəli sənətçinin bu çağırışına səs veriblər.

Geri qayıt