Əsas Səhifə > Şou-biznes > "ARTIQ ÖZÜMƏ MƏXSUS DEYİLƏM"

"ARTIQ ÖZÜMƏ MƏXSUS DEYİLƏM"


30-05-2012, 12:14
"ARTIQ ÖZÜMƏ MƏXSUS DEYİLƏM"

AYGÜN KAZIMOVA PRODÜSERİN ŞƏRTLƏRİNİ AÇIQLAYIB

Day.Az xəbər verir ki, müğənni yerli telekanallardan birinə açıqlamasında Türkiyədən Bakıya böyük siyahı ilə qayıtdığını söyləyib:

«Orada nələri etməli, nələri etməməli olduğum, necə geyinməli, özümü necə aparmalı olduğum yazılıb. Artıq qara rəngli geyimlərlə vidalaşmışam. Saçımdan dırnağımadək özümə məxsus deyiləm. Bu, əsl ulduz rejimidir», - deyə xalq artisti qeyd edib.

A.Kazımova Sinan Akçıl və ya Sərdar Ortacla duet oxumağa hazırlaşdığını da bildirib.

Geri qayıt