Əsas Səhifə > Cəmiyyət > BOŞANMAQ İSTƏYƏN QADINDAN 1000 MANAT RÜŞVƏT İSTƏNİLİB

BOŞANMAQ İSTƏYƏN QADINDAN 1000 MANAT RÜŞVƏT İSTƏNİLİB


17-10-2011, 16:18
BOŞANMAQ İSTƏYƏN QADINDAN 1000 MANAT RÜŞVƏT İSTƏNİLİB

“TƏMİZ DÜNYA” QADINLARIN PROBLEİMİ QABARTDI

DİA.AZ: - “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalova açıqlama ilə çıxış edib:

“Regionlardakı qadın haqları ilə bağlı hüquq pozuntusu o həddə çatıb ki, qadınlar ancaq boşanandan sonra boşanmadan xəbər tuturlar. Məhkəmələr vətəndaşı qətnamə ilə tanış olmağa belə imkan yaratmır. Zorakılıq görmüş qadınlar o qədər qorxu altında olurlar ki, hətta məlumat braşurunu belə götürməyə çəkinirlər. Ailədaxili zorakılıqla bağlı hüquqi tədbir görmək qadınların ağlına da gəlmir”.

M. Zeynalova onu da bildirib ki, qadınlara rüsumlarla bağlı şişirdilmiş rəqəmlər deyilir: “Bu yaxınlarda Sabirabaddan müraciət etmiş qadın üzləşdiyi bir məqamı bildirdi ki, ona deyiblər ki, boşanmaq üçün 1000 manat vəkilə pul ödənməlidir. Məhkəmə rüsumu isə 200 manatdır. Bu cür faktlar son zamanlar o qədər çoxalıb ki, buna artıq hamı adi hal kimi yanaşmağa başlayıb”.

Onun sözlərinə görə, regionlarda məhkəmə prossesləri sanki, Azərbaycanın qannvericiliyi ilə idarə olunmur: “Məhkəmələrdə olan qanunsuzluqlara görə müraciət edənlərin sayı həddən artıq çoxdur. Qadınlar o qədər ümidsizdirlər ki, biz kömək göstərmək istədikdə, bizə “Burda Bakı qanunları işləmir, fikriniz Bakıya getməsin” deyirlər. Döyülən qadınlar qanunlardan o qədər xəbərsizdirlər ki, polisə döyüldüklərinə görə müraciət etməyə qorxurlar ki, birdən onları həbs edərlər. Rayonlarda qadınların məlumatlılıq, ölkədə baş verənlərdən, qadın haqları ilə əlaqəli həyata keçirilən proqramlardan xəbərdar olmaq səviyyələri çox aşağıdır. Məişət zorakılığına dair qəbul edilmiş qanunla bağlı həyata keçirdiyimiz fəaliyyət çərçivəsində rayonlarda məlumatlandırma kompaniyaları həayata keçiririk. Bu ay ərzində Qəbələ , Zaqatala, Şəki, Oğuz və.s rayonlarda olmuşuq. Demək olar ki, bütün rayonlarda eyni problemlərlə qarşılaşdıq. Məlumatlandırma səviyyəsini artırmaq üçün mətbuatın köməyinə ehtiyacımız var, Televiziyalar öz üzərlərindəki məsuliyyəti hiss etməlidir. Davamlı olaraq qadın haqları ilə bağlı informasiyaları artırmalıdırlar.”


Geri qayıt