Əsas Səhifə > Hadisə > PKK-LILAR İKİ NAXÇIVAN SAKİNİNİ QAÇIRIB

PKK-LILAR İKİ NAXÇIVAN SAKİNİNİ QAÇIRIB


29-05-2012, 13:42
PKK-LILAR İKİ NAXÇIVAN SAKİNİNİ QAÇIRIB

TERRORÇULAR ÜMUMİLİKDƏ 13 NƏFƏRİ OĞURLAYIB

PKK terrorçular dünən axşam saatlarında Türkiyənin İğdır vilayətində tikintiyə gedən 13 işçinin yolunu kəsərək onları qaçırıblar.

Modern.az Türkiyə KİV-nə istinad edərək bildirir ki, qaçıranlar arasında Naxçıvan qeydiyyatında olan 2 azərbaycanlı da var.

Terrorçular sonradan azərbaycanlıları və İğdır qeydiyyatında olan bir türk vətəndaşını sərbəst buraxıblar.

Qaçırılan digər 10 şəxs barədə isə hələki məlumat yoxdur.

Geri qayıt