Əsas Səhifə > Hadisə > BANKI KUSTAR ÜSULLA YARMAQ İSTƏDİ

BANKI KUSTAR ÜSULLA YARMAQ İSTƏDİ


29-05-2012, 12:41
BANKI KUSTAR ÜSULLA YARMAQ İSTƏDİ

VƏ MÜHAFİZƏÇİLƏR YAXALADI

Bakıda bankın qapısının şüşələrini sındıraraq içəriyə daxil olmağa cəhd göstərilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 28-də "Bank Respublika" ASC-nin Bakının Nizami rayonu ərazisindəki filialında qeydə alınıb.

Filialdan daxil olmuş həyəcan siqnalı yoxlanılarkən bankın qapısının şüşəsini sındıraraq içəriyə daxil olmağa cəhd göstərmiş şəxs Baş Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.


Geri qayıt