Əsas Səhifə > Partiya > SÜLHƏDDİN ƏKBƏR ACP SƏDRİ OLDU

SÜLHƏDDİN ƏKBƏR ACP SƏDRİ OLDU


29-05-2012, 12:18
SÜLHƏDDİN ƏKBƏR ACP SƏDRİ OLDU

RƏSUL QULİYEV ADAMINI TAPDI

Bu gün Bakıda Açıq Cəmiyyət Partiyasının (ACP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.

APA-nın xəbərinə görə, iclasda partiya sədri Vaqif Mahmudov hesabat xarakterli çıxış edərək, ACP-nin ölkə siyasətindəki rolu, müxalifətin inteqrasiyası istiqamətində atdığı addımlar barədə danışıb.
ACP lideri Rəsul Quliyev internet vasitəsilə məclisin toplantısına qatılıb. R. Quliyev partiyanın təşkilatlanması və fəaliyyətində ciddi irəliləyişlərə nail olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, ACP siyasi proseslərin önündə getməklə ölkə siyasətində xüsusi rol oynamalıdır. R. Quliyevin partiya sədri vəzifəsinə Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin namizədliyini irəli sürüb. O bu təqdimatla çıxış etməsini S. Əkbərin ölkə siyasi arenasında kifayət qədər tanınmış şəxs olması, siyasi prosesləri dərindən bilməsi, bacarıqlı təşkilatçı olması ilə əlaqələndirib.

Tədbirdə S. Əkbər də çıxış edib. O sədri seçiləcəyi təqdirə ACP-nin məqsəd və məramlarının nədən ibarət olacağını açıqlayıb.
Daha sonra V. Mahmudov partiya Ali Məclisindən istefasını qəbul etməyi, S. Əkbərin namizədliyini dəstəkləməyi xahiş edib. Səsvermə nəticəsində S. Əkbər ACP sədri seçilib.


Geri qayıt