Əsas Səhifə > Dünya > PENTAQON İRANLA DÖYÜŞƏ HAZIRDIR

PENTAQON İRANLA DÖYÜŞƏ HAZIRDIR


28-05-2012, 15:29
PENTAQON İRANLA DÖYÜŞƏ HAZIRDIR

“İRANA QARŞI HƏRBİ ƏMƏLİYYAT MÜMKÜNDÜR”

“İstənilən gözlənilməz vəziyyət üçün hazırıq”.

APA-nın məlumatına görə, bu fikirləri Pentaqon rəhbəri Leon Panetta deyib. O bildirib ki, nə ABŞ, nə də beynəlxalq aləm İrana nüvə silahını istehsal etməyə icazə verməyəcək:

“Bunun üçün biz bütün mümkün yollardan istifadə edəcəyik. İranın nüvə məsələsinin diplomatik və beynəlxalq təzyiqlər yolu ilə həll edilməsi arzu olunandır. Biz Tehrana qarşı çox ağır sanksiyalar qəbul etmişik. Lakin bu o demək deyil ki, məsələnin hərbi yolla həlli mümkün deyil. İrana qarşı hərbi əməliyyat mümkündür və hazırdır. Bunun üçün hərbi hazırlığımız tamamlanıb”.

Geri qayıt