Əsas Səhifə > Cəmiyyət > PREZİDENTƏ CAN SAĞLIĞI, XALQA ÇİÇƏKLƏNMƏ...

PREZİDENTƏ CAN SAĞLIĞI, XALQA ÇİÇƏKLƏNMƏ...


28-05-2012, 14:30
PREZİDENTƏ CAN SAĞLIĞI, XALQA ÇİÇƏKLƏNMƏ...

28 MAYLA BAĞLI LİDERLƏRİN TƏBRİKİ

Bir sıra dövlət və hökumət, həmçinin beynəlxalq təşkilatların başçıları 28 May öncəsi Azərbaycan prezidenti İlham Əliyevi və xalqımızı respublika günü münasibətilə təbrik etməyə macal tapıblar.

Təbriklər, ənənəvi olaraq, formal ritual xarakteri daşısa da, Azərbaycana və onun rəmzi prezidentinə münasibətdə təbrik edən tərəflərin prioritet və maraqlarını da əks etdirib.

Ən qısa təbriki taxta çıxmasının 60 illiyinə hazırlaşan Britaniya kraliçası IIYelizavetagöndərib. Bu, ingiliscə pürmüddəa bir təbrikdir: kraliça bayram münasibətilə prezidenti təbrik edib və hökumət və xalqa ən xoş arzularını çatdırmağı xahiş edib.

İran prezidenti Mahmud Əhmədinejad özünü sanki iki ölkə arasında son vaxtlar münasibətlər korlanmayıbmış kimi aparıb. İranın dünyəvi lideri öz ampluasında olub və dünya imperializminə işarə edərək düşmənlərin sui-istifadəsinin qarşısını almaq, planetdə zülmü və diskriminasiyanı aradan qaldırmaq, mehriban qonşuluq və öhdəliklərə əsaslanmağa çağırıb.

Prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanın şəxsində Türkiyə tandeminin təbriki geniş və patetika ilə doludur. Məktubda tarixi köklərlə yanaşı qardaş xalqların nümunəvi əməkdaşlığı vurğulanır. Gül prezidenti xanımı ilə birgə qonaq çağırır, Ərdoğan isə baş nazir kimi bu il keçiriləcək Strateji Əməkdaşlıq Şurasının qarşıdakı ikinci iclasını xatırladır. 2011-ci ildə tərəflərin çox şey vəd edən I iclasından sonra az şey həyata keçirilib.

Rusiya tandemindən yalnız prezident Putin təbrik yazıb. Əliyevə daha yaxşı münasibətdə olan eks-prezident, indiki baş nazir Medvedev hətta formal məktubla özünü xatırlatmayıb.

İlham Heydər oğlunu təbrik edən Vladimir Vladimiroviç həmkarını ikitərəfli qarşılıqlı faydalı əlaqələrin diapazonunu genişləndirməyə, MDB məkanında qarşılıqlı əlaqələri dərinləşdirməyə çağırıb.

İki digər slavyan lideri - Ukrayna prezidenti Viktor Yanukoviç və Belarus prezidenti Aleksandr Lukaşenko ikitərəfli iqtisadi münasibətlərə - siyasi-iqtisadi böhrana məruz qalan dövlətlərin ağrılı yerlərinə diqqət çəkiblər. Qərbdən izolyasiya edilmiş Lukaşenko xatırladıb ki, Minskdə iyrənc rejimə çətin vaxtlarda yardım əli uzadan neft dolları ölkəsinin prezidentini səbrsizliklə gözləyirlər.

Okeanın o tayından təbrik göndərən ABŞ prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton demokratiya və siyasi islahatları xatırladıblar. Daha dəqiq desək, Obama demokratiya, Klinton islahatlar barədə yazıb. Dövlət katibi iyunun 6-da bu barədə əhatəli söhbət üçün Bakıya gələcək. Obama əminliklə bəyan edib ki, Azərbaycan xalqı hər zaman demokratiya arzusu ilə yaşayıb və 70 ildən sonra Azərbaucanın dövlət müstəqilliyini bərpa etməsi bu arzunu yenidən canlandırıb.

Xanım Klinton öz səfəri zamanı bu arzunun heç olmasa Azərbaycan Demokratik Respublikasının 100 illiyi üçün gerçəkliyə çevirməlidir.

Əliyev isə öz növbəsində Gürcüstanın iki gün əvvəl – 26 may 1918-ci ildə əldə edilən dövlət müstəqilliyi münasibətilə həmkarı Mixail Saakaşvilini təbrik edib. Məktubda Tbilisi regional struktur və layihələr çərçivəsində əməkdaşlığı davam etdirməyə çağırılır. Saakaşvilinin Əliyevə nə cavab yazdığı məlum deyil. Azərbaycan prezidentinin rəsmi saytında qonşu ölkənin dövlət başçısının məktubu yoxdur. Eləcə də Almaniya, Fransa kimi ölkələrdən də məktub yoxdur. Bu ölkələrlə münasibətlər erməni qətliamı və “Avroviziya” məsələləri ilə əlaqədar xeyli pozulub.

Saytda cəmi 30 təbrik teleqramı var. Maraqlıdır ki, prezidentə və xalqa ünvanlanan teleqramların çoxunda bir qanunauyğunluq özünü göstərir. Prezidentə daha çox can sağlığı, xalqa isə çiçəklənmə arzu edilir.

Turan Analitik Xidməti


Geri qayıt