Əsas Səhifə > Dünya > MÜXALİFƏT ÇOXMİNLİK AKSİYAYA HAZIRLAŞIR

MÜXALİFƏT ÇOXMİNLİK AKSİYAYA HAZIRLAŞIR


27-05-2012, 14:44
MÜXALİFƏT ÇOXMİNLİK AKSİYAYA HAZIRLAŞIR

SAAKAŞVİLİNİN RƏQİBLƏRİ ETİRAZ EDƏCƏK

Tbilisidə müxalifətin 80-100 min nəfərlik nümayişi keçiriləcək. Bu nümayiş oktyabrda keçiriləcək parlament seçkilərində qalib gəlməkdə iddialı olan milyarder Bidzina İvanişvilinin seçkiqabağı kampaniyasının başlanğıcı kimi qəbul olunur.

SalamNews-un “Vzqlyad”-a istinadən verdiyi xəbərə görə, müxalifət liderlərinin çıxışı yerli vaxtla 15-də baş tutacaq.

Ekspertlər Gürcüstan müxalifətinin tarixdə ilk dəfə olaraq, yaxşı maliyyə imkanlarına malik olmasını önə çəkir.

Artıq, nümayiş barədə şəhər meriyası məlumatlandırılıb.

Müxalifət təxribatların qarşısını almaq üçün aksiyanın mühafizəsinə öz nümayəndələri ayırdığını bəyan edib.


Geri qayıt