Əsas Səhifə > Hadisə > İNTERNET AZADLIĞININ QORUNMASI UĞRUNDA HƏRƏKƏTLƏNMƏ

İNTERNET AZADLIĞININ QORUNMASI UĞRUNDA HƏRƏKƏTLƏNMƏ


27-05-2012, 13:24
İNTERNET AZADLIĞININ QORUNMASI UĞRUNDA HƏRƏKƏTLƏNMƏ

«DEMOKRATİYA NAMİNƏ OXU» HESABAT VERDİ

Azərbaycanın hüquq müdafiəsi təşkilatları «Demokratiya naminə oxu» kampaniyası çərçivəsində çox şey ediblər, deyə Obyektiv.tv-yə müsahibəsində Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri(RATİ) Emin Hüseynov bildirib.

Eyni zamanda, o, qeyd edib ki, kampaniya böyük uğurlar qazana bilməyib, belə ki, siyasi məhbuslar və jurnalistlər türmələrdə qalır və vəziyyət ümumilikdə yaxşılaşmayıb. «Demokratiya naminə oxu» kampaniyası Azərbaycan “Avroviziya 2011”də qalib elan ediləndən bir həftə sonra başlayıb. İlk yarım ildə “Avroviziya” təşkilatçıları, Avropa Yayım İttifaqı «Demokratiya naminə oxu» fəallarını sezməyib. Onlar haqqında beynəlxalq və yerli KİV, qeyri-hökumət təşkilatları xeyli danışandan sonra təmas yaranıb.

Emin Hüseynov və kampaniyanın əlaqələndiricisi Rəsul Cəfərov xarici mətbuata yüzdən çox müsahibə verib, Azərbaycanda insan haqları problemi barədə qısametrajlı film çəkilib. Hər ayın 21-22-də kampaniyanın gedişinin təqdimatı keçirilən mətbuat konfransları olub. Qrup üzvləri Türkiyədən tutmuş Böyük Britaniyaya kimi müxtəlif ölkələrə səfər ediblər. Nəhayət, bu görüşlırin kulminasiyası Cenevrdədə Azərbaycanda ifadə azadlığı barədə dinləmələr olub. Onu mayın 2-də Avropa Yayım İttifaqı təşkil edib. Tədbirdə başlıca mövzu jurnalistlərin təhlükəsizliyi və söz azadlığı olub. Konfransda Azərbaycan hakimiyyətinin təmsilçiləri də iştirak edib. Sonra müzakirələr Bakıda . «Demokratiya naminə oxu» kampaniyasının təşkil etdiyi xüsusi konfransda davam etdirilib.

«Kampaniyanın mühüm nailiyyətlərindən biri hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoq olub, - deyə Hüseynov bildirib. – Amma onun “Avroviziya”dan sonra davam edib-etməyəcəyi bəlli deyil.

Ümumilikdə, onun fikrincə, əgər bundan sonra davam edərsə, dilaoqu baş tutmuş saymaq olar. Ölkədə insan haqları və ifadə azadlığı probleminin həlli üçün dialoq vacibdir.

RATİ rəhbəri bildirib ki, iki həftədən sonra həmfikirləri ilə birgə internet azadlığı uğrunda yeni kampaniya başlanılacaq. O, noyabrda Bakıda BMT-nin himayəsi ilə keçirilən internetin azadlığı və təhlükəsizliyi beynəlxalq konfransına həsr ediləcək.

«Azərbaycanda bütün beynəlxalq tədbirlər ərəfəsində belə kampaniyaların keçirilməsini vacib sayırıq», deyə Hüseynov bildirib.

Bir sıra hakimiyyət təmsilçiləri kampaniya iştirakçılarını düşmən adlandıraraq bildiriblər ki, onlar Azərbaycanda “Avroviziya”nı pozmaq istəyiblər. «Azərbaycanda müsabiqənin keçirilməsini hamıdan çox istəyirik. Kampaniyanın ilk günlərindən bəyan etdik ki, “Avroviziya”nın Azərbaycanda keçirilməsinə sevinirik və maraqlı tərəfik. Həmçinin “Avroviziya”nı boykot etmək çağırışlarına qarşı çıxdıq və mövqeyimizi belə əsaslandırdıq ki, boykot Azərbaycanda insan haqları üzrə vəziyyətin yaxşılaşmasına kömək etməyəcək», deyə hüquq müdafiəçisi bildirib.

Hüseynov qeyd edib ki, 2013-cü ildə prezident seçkiləri keçiriləcək və kampaniya iştirakçıları istəyir ki, bütün jurnalistlər azad edilsin, dövlət onların işinə qarışmasın və təhlükəsizliklərinə zəmanət versin.

“Avroviziya” ərəfəsində saxta ittihamlarla jurnalistlər həbs edilib, onların taleyi bizi narahat edir, – deyə Emin Hüseynov bildirib. – Bizi daha çox narahat edən odur ki, “Avroviziya” ərəfəsində hakimiyyət çox qəddar idisə, müsabiqədən sonra necə olacaq: İnsan haqlarının kütləvi şəkildə pozulması davam edəcəkmi?».


Geri qayıt