Əsas Səhifə > Güney Press, Üçüncü sektor > XİN-DƏN “EUROVISION” AÇIQLAMASI

XİN-DƏN “EUROVISION” AÇIQLAMASI


27-05-2012, 13:19
XİN-DƏN “EUROVISION” AÇIQLAMASI

NAZİRLİK TƏDBİRİN YEKUNU ILƏ BAĞLI MÖVQEYINI AÇIQLADI

"Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı Azərbaycana gələn qonaqlar ölkəmizin çox dinamik inkişaf mərhələsində olmasının və mədəniyyətimizin zənginliyinin şahidi oldular. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

O bildrib ki, Azərbaycan xalqı da digər xalqlar kimi öz ölkəsi və cəmiyyəti haqqında dünya ictimaiyyətinə, xüsusilə də xarici ölkələrə, Avropa ölkələrinə, onların cəmiyyətlərinə ətraflı məlumat verməyə, ölkəsini təqdim etməyə çalışır.

"Eurovision" mahnı yarışmasının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyaya tanıdılmasında bir fürsət olduğunu deyən nazirlik sözçüsü bildirib ki, müsabiqədə iştirak edən və onu izləməyə gələn qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyinin şahidi oldular.

"Bu yarışmanın ölkəmizdə keçirilməsi ilə Azərbaycan xalqı öz potensialını göstərmək imkanı əldə etdi. Biz bir cəmiyyət olaraq, dünyadakı bütün cəmiyyətlər kimi öz potensialımızın rəngarəngliyini göstərdik", - o deyib.

Abdullayevin sözlərinə görə, avropalılar Azərbaycanın iqtisadi inkişafını da gözləri ilə gördülər.

Xalqımızın, ölkəmizin Avropaya inteqrasiya etməsində bu yarışmanı əhəmiyyətli hesab edən xidmət rəhbəri bildirib ki, bu yarışmanın yüksək səviyyədə təşkil olunması və keçirilməsini Azərbaycan çox uğurla həyata keçirdi.

Nazirlik sözçüsünün fikrincə, müsabiqənin Azərbaycanda keçirilməsi gələcəkdə Azərbaycan üçün bir çox imkanlar açacaq: "Müsabiqə gələcəkdə Azərbaycana turist axını baxımından da əhəmiyyətli oldu. Ölkəmizə gələn əcnəbilər buranı öz gözləri ilə gördülər və təbii ki, vətənlərinə qayıdaraq öz təəssüratlarını bölüşəcəklər".


Geri qayıt