Əsas Səhifə > Hadisə > ŞAMAXIYA QONAQ GƏLDİ VƏ...

ŞAMAXIYA QONAQ GƏLDİ VƏ...


27-05-2012, 13:02
ŞAMAXIYA QONAQ GƏLDİ VƏ...

QONAQ GƏLƏN GƏNC GÖLDƏ BOĞULARAQ ÖLDÜ

Şamaxı rayonuna qonaq gələn gənc göldə çimərkən batıb.

APA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Çuxuryurd kəndində qeydə alınıb.

Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyev Mürsəl Güləsər oğlu dostları ilə Çuxuryurd gölünün yanına balıq tutmağa və istirahət etməyə gəlib. Mürsəl Quliyev göldə çimərkən qıcolma keçirib və batıb. M. Quliyevin cəsədi bu gün səhər saatlarında gölün 20 metr dərinliyindən çıxarılaraq valideynlərinə təhvil verilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Geri qayıt