Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AFƏRİN, AZƏRBAYCAN, BELƏ BAŞLANĞIC GÖRMƏDİK”

"AFƏRİN, AZƏRBAYCAN, BELƏ BAŞLANĞIC GÖRMƏDİK”


27-05-2012, 12:11
"AFƏRİN, AZƏRBAYCAN, BELƏ BAŞLANĞIC GÖRMƏDİK”

QARDAŞ ÖLKƏDƏN TƏQDİR ALDIQ

Türkiyənin "Hürriyət" qəzetinin köşə yazarı Ertuğrul Özkök "Sabahı gözləyə bilmədim" deyərək "Eurovision" müsabiqəsi davam edərkən Azərbaycanın təşkilatçılığı ilə bağlı yazı yazıb.

Trend-in məlumatına görə, Özkök yazısında indiyədək izlədiyi "Eurovision" müsabiqələri arasında onu ən çox builki müsabiqənin həyəcanlandırdığını bildirib.

"Afərin, Azərbaycan, belə başlanğıc görmədik. Bunca ildir "Eurovision" izləyirəm. Bunca ildir həyəcanlandım. Türkiyə həyəcanından salonlara, açılışlara diqqət etmədik. Sonra zalların keyfiyyətinə açılışlardakı yaradıcılığıa baxdıq. Ölkələrin sadəcə müusiqidə deyil, təşkilatçılıqdakı fərqini də görməyə başladıq. İllər keçdi, Avropanın sərhədlərinin genişləndiyi gördük. Bizim sərhədimizdə bitən mahnı coğrafiyası bizdən şərqə keçdi. Bu günə qədər belə gözəl "Eurovision" açılışı görmədim", - Özkök yazır.

Müəllif köşə yazısında "Avropanın sərhədləri Türkiyənin başladığı yerdə bitər" deyənlərə ismarıc da göndərib: "Baxın görək Avropanın estetik keyfiyyəti harada başlayırmış. Afərin, Azərbaycan. Əla başladın. Əminəm, əla bitirəcəksən".


Geri qayıt