Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT YENİ KADR İSLAHATINA HAZIRLAŞIR

HAKİMİYYƏT YENİ KADR İSLAHATINA HAZIRLAŞIR


27-05-2012, 11:21
HAKİMİYYƏT YENİ KADR İSLAHATINA HAZIRLAŞIR

ŞƏMSƏDDİN XANBABAYEV VƏ RAZİM MƏMMƏDOV ƏSAS HƏDƏFLƏRDİR

DİA.AZ: - Neçə müddətdir ki, rayon icra başçılarının yeni «yarpaq tökümü» sezonuna start veriləcəyi barədə məlumatlar yayılsa da, lakin bu istiqamətdə heç bir yenilik müşahidə olunmur. Redaksiyamıza Nazirlər Kabinetinəki qaynaqlardan verilən bilgidə isə vurğulanır ki, artıq bir sıra yeniliklərə imza atıla bilər.

Bu barədə DİA.AZ-a danışan məlumatlı qaynağın iddiasına görə, hakimiyyətin üst düzəyində bir neçə rayonunun icra başçısı ilə bağlı yekun qərar verilib: «Artıq qəti qərar var, sadəcə olaraq bu qərarın nə zaman icra olunacağı, icraya yönəldiləcəyi məlum deyil. Amma yaxın günlərdə bu işin baş verməsi gözləniləndir. Çünki “Avroviziya”dan sonraya çox ciddi dəyişikliklər nəzərdə tutulub».

Məlumatlı mənbə bildirir ki, «vurulacaq» icra başçıları sırasında Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev də var. Bildirək ki, Şəmsəddin Xanbabayevə qarşı ağır ittikamlar bu günə qədər ayrı-ayrı mətbu orqanlarda yer alıb.

Mənbəmiz bildirir ki, digər hədəfə alınan icra başçısı isə Bakının Xətai rayonuna rəhbərlik edən Razim Məmmədovdur. Qeyd edək ki, o da “GEN” MMC ilə bağlı yaranmış qalmaqalda ittiham hədəfinə çevrilib. Belə ki, mülkiyyət hüququ pozulmuş sakinlər Razim Məmmədovu fırıldaqçılarla ortaqlıqda ittiham edirlər.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, “Avroviziya” yarışması bitər-bitməz hər iki icra başçısının əmri imzalanacaq: “Artıq yarışmanı bitmiş hesab etmək olar. Bir həftəlik maksimum sakitlik olacaq. Amma Şəmsəddin Xanbabeyv başqa bir rayona transfer olunmaq istəyir. Hələlik onun aqibətinin necə olacağı məlum deyil. Ola bilsin ki, onu postundan birdəfəlik azad etsinlər”.

Mövzu diqqətimizdədir. Adları çəkilən şəxsləri də dinləməyə hazırıq.

Geri qayıt