Əsas Səhifə > Cəmiyyət > GÖYÇAYDA MÜSAVATÇI HƏBS OLUNDU
GÖYÇAYDA MÜSAVATÇI HƏBS OLUNDU17-10-2011, 13:31 |
NEYMAN ƏSGƏROVA 5 SUTKA VERİLDİ Müsavat Partiyası Göyçay rayon təşkilatının sədr müavini Neyman Əsgərov oktyabrın 15-də tutulub. Göyçay Rayon Polis Şöbəsinə aparılan müsavatçıya ictimai qaydanı pozmaq, polis əməkdaşının qanuni tələbinə əməl etməmək ittihamı irəli sürülüb və onun işi məhkəməyə göndərilib. “Yeni Müsavat” qəzetinin məlumatına görə, Neyman Əsgərova 5 sutkalıq inzibati həbs cəzası kəsilib. “Media forum” saytına danışan Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli deyib ki, Neyman Əsgərovun inzibati qaydada saxlanmasına heç bir əsas olmayıb: “Hakimiyyət Neyman Əsəgərovun həbsi ilə Müsavatın Göyçay rayon təşkilatının konfransının qarşısını almaq istəyib”. “Yeni Müsavat”ın yazdığına görə, oktyabrın 16-da konfransı çox çətinliklə keçirmək mümkün olub. Geri qayıt |