Əsas Səhifə > Cəmiyyət > ARDNŞ CANİLƏRİ HİMAYƏ EDİR

ARDNŞ CANİLƏRİ HİMAYƏ EDİR


24-05-2012, 14:49
ARDNŞ CANİLƏRİ HİMAYƏ EDİR

JURNALİST RÖVNƏQ ABDULLAYEVƏ CAVAB VERDİ

Jurnalist İdrak Abbasov aprelin 18-də Sulutəpə qəsəbəsində insident zamanı onun jurnalist kimi deyil, yerli sakinlərlə davada iştirakçı kimi zərər çəkməsi barədə SOCAR-ın rəsmi məlumatını təkzib edib.

O, SOCAR-ın mövqeyini “öz cəza dəstələrinin qanunsuz hərəkətlərinə bəraət qazandırmaq” kimi qiymətləndirib. İ.Abbasov diqqəti ona yönəldib ki, rəsmi məlumatda yalnız SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşlarının mövqeyi əksini tapıb.

“Yeni Müsavat” qəzetindən olan həmkarım Günay Musayeva lap əvvəldən bu hadisələrin şahidi olub. Nə üçün onlar bizim söylədiklərimizdən bir kəlmə belə məlumatda verməyiblər. Bundan əlavə, onlar mənim döyülməyimi kameraya çəkiblər. Bundan əvvəl də qeyd etdiyim ki, mənim amansızcasına döyülməm, hətta öldürülməm ən yüksək səviyyədə razılaşdırılıb. Ona görə də məni döyərkən kameraya çəkiblər ki, sifarişçiyə göstərib öz mükafatlarını alsınlar”, - İ.Abbasov vurğulayıb.

O, “Eurovision”dan sonra həbs olunacağını da istisna etməyib.

“Mən onlardan qorxmuram. Məni həbs edə, hətta öldürə bilərlər, ancaq susmağa məcbur edə bilməzlər”, - İ.Abbasov bildirib.

Qeyd edək ki, SOCAR-ın məlumatında hadisələr elə təqdim olunub ki, guya İ.Abbasov SOCAR əməkdaşları ilə yerli sakinlər arasında qarşıdurma zamanı qərəzli tərəf olub. Çünki onun öz doğmalarının da Sulutəpədə qanunsuz tikililəri var.

Qeyd edək ki, insidentdən bir aydan çox vaxt keçməsinə baxmayaraq, hüquq-mühafizə orqanları SOCAR-ın əməkdaşlarının hansı əsaslarla müvafiq inzibati orqanların səlahiyyətlərini mənimsəyərək tikililərin sökülməsi funksiyasını yerinə yetirməsinə aydınlıq gətirməyib.


Geri qayıt