Əsas Səhifə > Siyasət, Manşet > «AVROVİZİYA» ƏLEYHİNƏ DİSKLƏR METRODA

«AVROVİZİYA» ƏLEYHİNƏ DİSKLƏR METRODA


24-05-2012, 13:44
«AVROVİZİYA» ƏLEYHİNƏ DİSKLƏR METRODA

«METROSERVİS» ANTİAZƏRBAYCAN TƏBLİĞATINDA ALƏTƏ ÇEVRİLİB

DİAAZ: - Dünən məlumat verərək bildirmişdik ki, Bakı Metropoliteninin yayım qurumu olan «Metroservis» mətbuat yayımı firmasında çox ciddi proseslər baş verir ki, hətta bu məsələyə hüquq-mühafizə orqanlarının müdaxiləsi zərurəti də ortaya çıxıb. Belə ki, məlumatımızda «Metroservis»ə rəhbərlik edən Bəkir Cəfərov adlı şəxsin bir sıra separatçı qüvvələrələ təmasda olduğu və Azərbaycan əleyhinə materialların dərc olunduğu qəzetlərin yayımını təşkil etdiyi vurğulanırdı.

Təbii ki, bu işdə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun əməlli-başlı informasiya blokadasına salındığı da söylənilir. Çünki baş metroçunun əslində milli məsələlərə olduqca həssas birisi olduğu söylənilir. Dünənki məlumatımızdan bəzi məqamları yeri gəldiyindən sizə xatırladırıq:

«Bakı Metropolitenin rəisi Tağı Əhmədovun yeni kimliyi əslində bir çoxlarında şübhə doğurmuşdu. Dünənə qədər daha çox ironik maneraları ilə diqqətə gələn ölkənin baş metroçusu sən demə, həm də bir türk millətiçisi imiş. Bunu isə bizlər ilk əvvəl bu il 20 Yanvar Milli Matəm Günü ilə bağlı Bakı metropolitenində hazırlanan tədbirlərin ardından bildik.

Məlum oldu ki, Tağı Əhmədovun göstərişi ilə mteronun «20 Yanvar» stansiyasında təşkil olunan matəm guşəsində həm də Bütöv Azərbaycanın şəninə bir stend yerləşdirilib. Hər halda, belə bir şəraitdə hansısa dövlət məmurunun bir türk millətçisi olaraq qabarması olduqca mühüm bir faktordur.

Tağı Əhmədovun özünün türk kimliyi ilə öyünməsinə isə bu günlərdə - 3 May Türklük Günü ilə bağlı təşkil olunan törəndə şahidlik etdik. «Bu dünyada ən böyük dəyər türk olmaqdır» deyən baş metroçunu qınayanlar tapılsa da, əslində onların Azərbaycana nifrət edən mövqedə dayanmaları reaksiyalarını əhəmiyyətsiz bir hala saldı.

Amma maraqlıdır ki, özünün milli kimliyini dərk edən və vətəninə bağlı olduğunu açıq-aşkar nümayiş etdirən Tağı Əhmədovun rəhbəri olduğu Bakı Metropoliteni bir sıra qüvvələr tərəfindən həm də separatizm yuvasına çevrilib».

Məlumatımızda onu da qeyd etmişdik ki, bütün ölkədə özünün separatçı mövqeyi ilə diqqətə gələn və keçmiş baş redaktoru Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında dünyasını dəyişən «Tolışi Sədo» qəzeti bu gün nəyi necə yazmasından asılı olmayaraq, «Metroservis»in xətti ilə çox rahatlıqla yayılır. Bu azmış kimi Bəkir Cəfərovun eyni zamanda talış separatçıları ilə əlaqəsinin olduğu da söylənilir.

Əldə etdiyimiz son məlumatarda bildirilir ki, «Tolışi Sədo» qəzetinin yayımı «Metroservis»in xətti ilə həftə ərzində bir dəfə təşkil olunur. Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, qəzetin dövrülüyündə dəqiqlik yoxdur: «Ya həftənin 5-ci günü, ya da 6-cı günü satışa çıxarılır».

Mənbəmiz bu arada maraqlı faktları da açıqladı. Belə ki, bir müddət əvvəl ölkədə böyük rezonans yaratmış bir məsələnin də təşkilatçılığında «Metroservis» firmasının iştirakçı olduğu söylənilir. Söhbət metro stansiyalarında Azərbaycanda dini radikalizmi təbliğ edən ədəbiyyatın yayılmasından gedir.

Bu barədə danışan mənbəmiz iddia edir ki, hətta bu günlərdə Sumqayıt və Bakı şəhərlərində bir sıra obyeklərdən müsadirə olunmuş «Avroviziya» əleyhinə İranda hazırlanmış diskləri də metro stansiyalarından asanlıqla əldə etmək mümkündür. Bunun üçün isə «Metroservis»in yayım nöqtələrinə müraciət etmək yetər.

Hər halda, bu kimi faktların ilk növbədə Metropoliten rəhbərliyinin və hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməsi vacibdir. Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt