Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DİPLOMATİK ƏLAQƏLƏR BİTDİMİ?

DİPLOMATİK ƏLAQƏLƏR BİTDİMİ?


24-05-2012, 12:17
DİPLOMATİK ƏLAQƏLƏR BİTDİMİ?

İRAN SƏFİRİ HƏLƏ BAKIYA QAYITMAYIB

İran Xarici İşlər Nazirliyi tərəfindən ölkəsinə geri çağırılan səfir Məhəmmədbağır Bəhrami hələ də Azərbaycana qayıtmayıb. Bu barədə Modern.az saytına İranın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfirin nə zaman gələcəyi dəqiq deyil:

“Səfir geri qayıtmayıb. Nə zaman qayıdacağı haqda bizdə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, “Eurovision” yarışmasına qarşı etiraz kampaniyasına başlayan İran Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami mayın 21-də geri çağırıb. Buna səbəb kimi, İrana qarşı azərbaycanlıların keçirdiyi etiraz aksiyasında İranın dini liderlərinin təhqir olunması göstərilib.

Geri qayıt