Əsas Səhifə > Partiya > BAKI KÜÇƏLƏRİNDƏ DEMOKRATİYA GƏZİNTİSİ

BAKI KÜÇƏLƏRİNDƏ DEMOKRATİYA GƏZİNTİSİ


24-05-2012, 11:59
BAKI KÜÇƏLƏRİNDƏ DEMOKRATİYA GƏZİNTİSİ

PROQRAMIN KOORDİNATORU RƏSUL QULİYEVDİR

Dünən axşamı Bakının mərkəzində “Singfordemocrasy” (“Demokratiya üçün oxu!”) hüquq müdafiə kampaniyası çərçivəsində gəzinti təşkil edilib. Məqsəd şəhər sakinlərinin və “Eurovision-2012” müsabiqəsinə gələn xarici qonaqların diqqəti cəlb etmək olub. Aksiya iştirakçıları üzərində “Singfordemocrasy” (“Demokratiya üçün oxu!”) sözləri yazılmış ağ köynəklər geyiniblər.

Aksiya saat 19.30-da Fəvvarələr Meydanında “Makdonalds” kafesinin yanında başlayıb. Meydana 40-50-yə yaxın gənc və təxminən bir o qədər yerli və xarici jurnalist toplaşıb.

Polis əvvəlcə aksiyaya maneçilik törədib. Hətta zabitlərdən biri gənclərə təklif edib ki, “geyimlərini dəyişib nə qədər istəyirlər gəzsinlər”. Polis iştirakçıların bulvar tərəfə getməsinə icazə verməyib və onlar Fəvvarələr Meydanında dövrə vuraraq “Makdonalds”a qayıdıblar. Lakin nədənsə daha polislər iştirakçılara mane olmayıblar. Ancaq bulvara gedən gəncləri 20-yə yaxın mülki geyimli şəxs müşahidə edib.

Bulvarda aksiya iştirakçılarının sayı 100 nəfərə çatıb. Onlar Kukla Teatrının yanından “Azneft” meydanına doğru hərəkət ediblər. Onlar öz geyimləri ilə bulvarda istirahət edən çoxsaylı bakılıların və xarici qonaqların diqqətini cəlb ediblər.

Kampaniyanın koordinatoru Rəsul Quliyev bildirib ki, gəzintidə məqsəd Azərbaycanda demokratiya və insan hüquqları uğrunda mübarizə aparan şəxslərin olduğunu göstərməkdir.


Geri qayıt