Əsas Səhifə > Cəmiyyət, Manşet > TAĞI ƏHMƏDOV SEPARATÇILARI HİMAYƏ EDİR?
TAĞI ƏHMƏDOV SEPARATÇILARI HİMAYƏ EDİR?23-05-2012, 16:27 |
BAKI METROSUNDA AZƏRBAYCAN ƏLEYHİNƏ QƏZETLƏR YAYILIR DİA.AZ: - Bakı Metropolitenin rəisi Tağı Əhmədovun yeni kimliyi əslində bir çoxlarında şübhə doğurmuşdu. Dünənə qədər daha çox ironik maneraları ilə diqqətə gələn ölkənin baş metroçusu sən demə, həm də bir türk millətiçisi imiş. Bunu isə bizlər ilk əvvəl bu il 20 Yanvar Milli Matəm Günü ilə bağlı Bakı metropolitenində hazırlanan tədbirlərin ardından bildik. Məlum oldu ki, Tağı Əhmədovun göstərişi ilə mteronun «20 Yanvar» stansiyasında təşkil olunan matəm guşəsində həm də Bütöv Azərbaycanın şəninə bir stend yerləşdirilib. Hər halda, belə bir şəraitdə hansısa dövlət məmurunun bir türk millətçisi olaraq qabarması olduqca mühüm bir faktordur. Tağı Əhmədovun özünün türk kimliyi ilə öyünməsinə isə bu günlərdə - 3 May Türklük Günü ilə bağlı təşkil olunan törəndə şahidlik etdik. «Bu dünyada ən böyük dəyər türk olmaqdır» deyən baş metroçunu qınayanlar tapılsa da, əslində onların Azərbaycana nifrət edən mövqedə dayanmaları reaksiyalarını əhəmiyyətsiz bir hala saldı. Amma maraqlıdır ki, özünün milli kimliyini dərk edən və vətəninə bağlı olduğunu açıq-aşkar nümayiş etdirən Tağı Əhmədovun rəhbəri olduğu Bakı Metropoliteni bir sıra qüvvələr tərəfindən həm də separatizm yuvasına çevrilib. Bu barədə DİA.AZ-a məlumatı verən mənbə iddia edir ki, hal-hazırda əsas işi metropoliten rəhbərliyinə qarşı qəzetləri aqressiv ruhda kökləmək olan qurumun «Metroservis» yayım firmasının direktoru Bəkir Cəfərov az qala Azərbaycan əleyhinə bir prosesə cəlb olunub. Bəlkə də «Metroservis» rəhbərinin özü belə nə işlə məşğul olmasının fərqində deyil. Bu heç vacib də deyil. Amma ölkənin xüsusi xidmət orqanlarının bu məsələnin fərqinə varması vacibdir. Məlumatlara görə, bütün ölkədə özünün separatçı mövqeyi ilə diqqətə gələn və keçmiş baş redaktoru Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında dünyasını dəyişən «Tolışi Sədo» qəzeti bu gün nəyi necə yazmasından asılı olmayaraq, «Metroservis»in xətti ilə çox rahatlıqla yayılır. Bu azmış kimi Bəkir Cəfərovun eyni zamanda talış separatçıları ilə əlaqəsinin olduğu da söylənilir. Məlumdur ki, Azərbaycanda özünün separatçı mövqeyi ilə ad çıxarmış və bu səbəbdən Azərbaycana gəlişi imkansız olan, yerli hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Fəxrəddin Aboszadə hazırda Rusiyada eyni fəaliyyətini - Azərbaycan dövlətinə qarşı fəaliyyətini davam etdirir. İndi isə məlum olur ki, onun da Bəkir Cəfərovla gözəl münasibətləri var və bu barədə məlumatı verən qaynaq iddia edir ki, Bəkir Cəfərov məhz onun tapşırığı ilə «Tolışi Sədo» qəzetinə belə bir şəraiti yaradıb. Hər halda, belə bir həssas dönəmdə Tağı Əhmədov kimi özünü dərk edən bir dövlət məmurunun kölgəsi altında hansısa separatizm meyllərinin olması nə qədər inandırıcı görünməsə də, bir faktdır. Geri qayıt |