Əsas Səhifə > Şou-biznes > "ARTIQ 3-CÜ İLDİR Kİ, BU MƏHKƏMƏ DAVAM EDİR”

"ARTIQ 3-CÜ İLDİR Kİ, BU MƏHKƏMƏ DAVAM EDİR”


23-05-2012, 13:12
"ARTIQ 3-CÜ İLDİR Kİ, BU MƏHKƏMƏ DAVAM EDİR”

GÜNEL-RZA DAVASI BİTDİ

Milli.Az-ın məlumatına görə, İstanbul məhkəməsinin tanınmış müğənni Azəri Günel (Günel Zeynalova) barədə çıxardığı 9 aylıq həbs cəzası qərarı sənətçinin ailə üzvlərini narahat edib.

Saytımıza açıqlama verən müğənninin bacısı Müşərrəf Zeynalova yayılan bəd xəbərin detalları barəsində belə danışdı:

"Artıq üçüncü ildir ki, bu məhkəmə davam edir. Günel və Rza arasında olan məhkəmə sona çatıb. Yazıldığı kimi, bu məhkəmə telefon danışıqlarının ictimaiyyətə çıxarılması ilə bağlıdır. Günelin adı bu məhkəmədə türkiyəli jurnalist Sacit Arslanla birlikdə hallanır. Jurnalist özəl söhbəti yaymaqda təqsirli bilinir. O ki qaldı qarşı tərəfə, onlar iddia edirdilər ki, guya səs yazısı Rza Zərraba yox, qardaşım Tunara məxsusdur. Məhkəmə araşdırdı və həqiqətən Günelin yalan demədiyi sübuta yetdi. İnanın, nəinki Günel, ailəsi olaraq biz də bu məhkəmənin tezliklə bitməsini istəyirik. Axı nə səbəbdən hər 4-5 aydan bir bu və ya buna oxşar yazılar mediada müzakirə mövzusuna çıxmalıdır? Bunun bir sonu olmalıdır, ya yox?" - Müşərrəf belə dedi.

Bacısı onu da bildirdi ki, bu qərar Günelin Türkiyəyə sərbəst gedib-gəlməsinə hansısa maneə yaratmayacaq.

---------
11:33

Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Günel Zeynalova hazırda Ebru Gündəşlə evli olan Rza Zərrabla sevgili olduqları müddətdə aralarındakı telefon danışıqlarını icazəsiz yaymaqda ittiham edilir. "Xəbərləşmənin gizliliyini pozma" ittihamı irəli məhkəməyə verilən Günelə 9 ay cəza verilib.

İstanbul Məhkəməsi Azəri Güneli günahkar sayaraq 6 ay azadlıqdan məhrumetmə barədə qərar çıxarıb. Daha sonra da müğənninin telefon danışığını mətbuat vasitəsi ilə yaydığını əsas gətirərək 3 ay da əlavə cəza verilib.

Ancaq bu əməli bir daha törətməyəcəyi qənaəti ilə qərarın icrasını təxirə salıb. O, nəzarətdə saxlanılacaq.


Geri qayıt